GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ 


#mübahisə Mübahisə zəmnində dayısı oğlunu qətlə yetirdi

 

Sentyabrın 18-də İmişlinin Çaxırlı kənd sakini Cabir Vəliyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

 

Imişli Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin dayısı oğlu Azad Mürsəlovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Cabir Vəliyevi evin həyətyanı sahəsində qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Azad Mürsəlov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

 

Hazırda cinayət işi üzrə istintaq davam edir.

 

=========================================


#qəlyan Qanunsuz işləyən qəlyanxana aşkar edildi

 

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisindəki “Playstation” oyun-əyləncə mərkəzində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halı aşkarlanıb.

 

Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılmasından ötrü Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

 

========================================

 

#narkotik Keçmiş məhkumdan narkotik maddə götürüldü

 

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən psixotrop maddələrin qanunsu dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Zaqatala şəhər sakini, əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Vasif Bagiryani şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb. Götürülmüş maddi sübut müvafiq ekspertizaya təqdim olunub.


Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

========================================


#zərbə Qohumuna 18 bıçaq zərbəsi vuraraq qətlə yetirdi

 

İmişlidə 33 yaşlı kişi qətlə yetirilib.

 

Hadisə İmişli rayonunun Çaxırlı kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü Mürsəlov Azad Adil oğlu münaqişə zəminində qohumu, 1988-ci il təvəllüdlü Vəliyev Cabir Naqil oğlunu 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

 

A.Mürsəlov polis tərəfindən saxlanılıb.


Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.APA

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]