Ağrıdağda Bakının işğaldan azad edilməsi tarixi qeyd edilib - FOTO

Ağrıdağda Bakının işğaldan azad edilməsi tarixi qeyd edilib - FOTO

Türkiyənin İğdır vilayətində fəaliyyət göstərən İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü ilə Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib.
 

Yürüş iştirakçıları qarşısında çıxış edən dərnək sədri Ziya Zakir Acar bildirib ki, Bakının erməni-bolşevik birləşmələrindən azad edilməsi günü ilə əlaqədar hər il müxtəlif tədbirlər keçirilir. Dərnək üzvlərinin ötən il Tekelti dağına, bu il isə Ağrıdağa təşkil etdikləri yürüş Qafqaz İslam Ordusunun döyüşçülərinə sonsuz ehtiramın təcəssümüdür.
 

Dərnək sədri Qafqaz İslam Ordusunun qəhrəmanlıq ənənələrini davam etdirən şanlı Azərbaycan Ordusunun ötən il, 44 gün ərzində işğalçı Ermənistanın ordusunu darmadağın edərək əzəli Azərbaycan torpaqlarını azad etdiyini xatırladıb və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan parlaq Zəfərin bütün Türk Dünyasını qürurlandırdığını qeyd edib.
 

“Qətiyyətli və əzmli mövqeyinə görə hörmətli Prezidentimiz İlham Əliyevə, Azərbaycana göstərdiyi tam dəstəyə görə hörmətli Prezidentimiz Rəcəp Tayyib Ərdoğana təşəkkürümüzü bildiririk. Ermənilərin dilindən düşməyən Ağrıdağdan səslənirik: Qarabağ Azərbaycandır!”, - deyə Z.Z.Acar bildirib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]