Rabitəbankdan neftçilər üçün komissiyasız kredit

Rabitəbankdan neftçilər üçün komissiyasız kredit

Rabitəbank 20 sentyabr Azərbaycan Neftçilərinin peşə bayramları münasibətilə fərdi istehlak krediti üçün endirimli fürsət təqdim edir.
 

20 sentyabr-20 oktyabr aralığında davam edən kampaniya çərçivəsində 20 000 AZN-dək nağd pul krediti üçün heç bir sığorta haqqı tələb olunmayacaq. Kreditin müddəti 12 ayadək olduqda krediti komissiyasız və illik cəmi 15% ilə əldə etmək mümkün olacaq. Kreditin maksimal müddəti 36 ay təşkil edir. Neftçilər və neft-qaz sahəsində çalışan hərkəs bu fürsətdən faydalana bilər.
 

Kreditə müraciət üçün istənilən Rabitəbank filialına yaxınlaşa və ya Bankın rəsmi saytından (www.rabitabank.com) və Rabita Mobile (http://rbt.az/rbm) tətbiqindən onlayn sifariş edə bilərsiniz.
 

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]