GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ 

 

#yanğın Kürəkən qayınata və qayınanasını yandırdı

 

Prokurorluq Bakıda adam öldürməyə cəhdlə bağlı məlumat yayıb.

 

Rayon prokurorluğundan daxil olan məlumatda deyilir:

 

"Sentyabrın 19-u saat 04 radələrində Nəsimi rayonu ərazisində, yaşadıqları mənzildə Mütəllim Babayev və arvadı Tahirə Babayevanın müxtəlif dərəcəli yanıq xəsarətləri almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, şəhər sakini Rövşən Tağıyev qeyd edilən tarixdə arvadının valideynlərinin yaşadığı evə gələrək qayınatası Mütəllim Babayevin üzərinə və mənzilə benzin töküb yandırmış, nəticədə sonuncu və arvadı Tahirə Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

 

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

 

Rövşən Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

 

========================================

 

#dava Mingəçevirdə xəstə yaxını xəstəxanada dava saldı

 

Mingəçevir sakini Mingəçevir Təcili Tibbi Yardım Stansiyasının növbətçi bölməsində dava salıb.

 

Şəhər sakini Bəxtiyar Məmmədov dünən axşam saatlarında dispetçer otağına daxil olaraq əməkdaşları təhqir edib və avadanlıqların bir hissəsini qıraraq yarasız vəziyyətə salıb. Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.

 

Məlum olub ki, Bağlar yaşayış massivi, 8-ci küçədən həyat yoldaşı üçün 103-ə çağırış edən kişi növbəlilik əsasında çağırış yerinə yetişən xidmət əməkdaşlarını gözləmədən xəstəni Şəhər Mərkəzi Xəstəxanasına gətirib. Aydın olub ki, xəstə ağır durumda deyil. Bundan sonra təcili yardım stansiyasına daxil olan kişi orada çalışan dispetçer xanımı və tibb bacılarını hədələməklə avadanlıqları qırıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

========================================


#qəsd Dənizkarı Bulvarda qız özünü dənizə atdı

 

Bakıda intihara cəhd hadisəsi qeydə alınıb.

 

Hadisə bulvarda baş verib.

 

1996-ci il təvəllüdlü Həsənova Roza İlham qızı özünü dənizkənarında gəzərkən suya atıb.

 

R.Həsənova ətrafdakıların çağırışı nəticəsində FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməksaşları əraziyə gəlib. Qız sudan xilas edilərək Təcili Tibbi Təxirəsalımaz Yardım Xidmətinin əməkdaşlarına təhvil verilib.

 

Suda boğulma təhlükəsi ilə üzləşən qız 3 saylı şəhər xəstəxanaya çatdırılıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]