Şəhid ailələrinə ziyarətlər davam edir- (AZpressAZ -Mais İbrahimov +FOTO=42)

Şəhid ailələrinə ziyarətlər davam edir- (AZpressAZ -Mais İbrahimov +FOTO=42)

Şəhid ailələrinə ziyarətlər davam edir- (AZpressAZ -Mais İbrahimov +FOTO=42)

 

Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə Ağcabədi rayonunda şəhid ailələrinə edilən ziyarətlər 18-19 sentyabr tarixlərində də davam edib.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xaliq Mirzəyev və hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə Qaraxanlı kəndində Ceyhun Məmmədov,Nurlan Quliyev, Rövşən Allahverdiyev, Şərəfxanlı kəndində Ceyhun Əsədov, Kürdlər kəndində Həsən Quliyev,Cəmaləddin Məmmədov, Əmrah Abışov, Hindarx qəsəbəsində Ömər Rəhimli, Arazbar kəndində Elsevər Piriyev, Ceyhun Hüseynov, Sahil Məmmədov, Yuxarı Qiyamadınlı kəndində Azər Əliyevin ailəsi ziyarət olunub.

 

Şəhid ailələrinin gündəlik ehtiyacları, problemləri ilə maraqlanan rayon rəhbəri qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə silahlı qüvvələrimiz Qarabağda tarixi qələbə qazandılar. Oğullarımız torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərdilər, canlarından keçdilər.Bu gün dövlətimiz tərəfindən onların ailələrinə hər cür mənəvi və maddi dəstək göstərilir. Şəhidlərimizin xatirəsi bizim hər birimiz üçün əzizdir, xalqımız həmişə onları ehtiramla yad edəcəkdir.

 

Şəhidlərin yaxınları bu ziyarətlərin onlar üçün böyük təsəlli olduğunu vurğulayıb və göstərilən diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]