Şəhid Dəyanət Əliyevin doğum günü qeyd olunub - (AZpressAZ -Mais İbrahimov +FOTO=18)

Şəhid Dəyanət Əliyevin doğum günü qeyd olunub - (AZpressAZ -Mais İbrahimov +FOTO=18)

Şəhid Dəyanət Əliyevin doğum günü qeyd olunub - (AZpressAZ -Mais İbrahimov +FOTO=18)

 

Sentyabrın 18-i 2021- ci il tarixində şəhid Dəyanət Əliyevin doğum günü idi. İlk dəfə idi ki, bu qeyrətli oğulun doğum günü onsuz qeyd olunurdu.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, mərasimdə şəhidin yaxınları, kənd sakinləri, rayon icra hakimiyyətinin və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ağcabədi rayon şöbəsinin məsul işçiləri, eləcə də media nümayəndələri iştirak etmişlər. Tədbirdə iştitak edənlər şəhid Dəyanət Əliyevin xatirəsini yad etmiş və onun haqqında fikirlərini bölüşmüşlər.

 

… İkinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan, şəhid Əliyev Dəyanət Ələsgər oğlu Ağcabədi rayonunun Hacıbədəlli kəndində doğulub, boya-başa çatmışdı. Vətən torpağının düşmən tapdağı altında olması onu heç zaman rahat buraxmırdı. Odur ki, böyüyəndə özünü, qüvvəsini, hərbi biliyini Vətənin keşiyində sayıq durmağa, onu qorumağa sərf etdi.

 

2009-cu ildən etibarən müddətdən artıq hərbi xidmətə başlayan Dəyanət orduda peşəkar və səriştəli bir tankçı kimi hamının hörmətini qazanmışdı. Komandirləri tərəfindən dəfələrlə Fəxri Fərman və müxtəlif mükafatlarla təltif olunan, “Silahlı Qüvvələrin 95 illiyi yubiley medalı”, “Milli Ordunun yaranmasının 100 illiyi”, “Vətən uğrunda”, “İgidliyə görə”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla və ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalları ilə mükafatlandırılan qəhrəman vətən oğlu hələ 2016-cı ildə Aprel döyüşlərinin fəal iştirakçısı olaraq qorxmazlığı, igidliyi və hərbi peşəkarlığı ilə çoxlarından fərqlənirdi. O, Füzuli uğrunda gedən gərgin döyüşlərdə, 2020-ci ilin 2 oktyabrından ağır yaralanıb, elə həmin ayın 24-də şəhid olub. Ağcabədi Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]