Masallıda "Əsrin Müqaviləsi" və "Neftçilər Günü" münasibəti ilə onlayn konfrans keçirildi (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO)

Masallıda "Əsrin Müqaviləsi" və "Neftçilər Günü" münasibəti ilə onlayn konfrans keçirildi (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO)

Masallıda "Əsrin Müqaviləsi" və "Neftçilər Günü" münasibəti ilə onlayn konfrans keçirildi (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO)

 

20 Sentyabr 2021-ci il tarixində Masallı rayon Gənclər və İdman İdarəsinin və “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Əsrin Müqaviləsi” və “Neftçilər Günü” ilə bağlı onlayn konfrans keçirilmişdir.

 

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov tədbirin rəsmi hissəsini giriş nitqi ilə açaraq iştirakçıları “Neftçilər günü” münasibətilə təbrik edib,peşə bayramının əhəmiyyətindən danışmışdır.Bu tarixin ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması ilə əlaqədar olduğu diqqətə çatdırılmışdır.

 

Daha sonra Masallı rayon Gənclər və İdman İdarəsi”nin rəis müavini Oktay Mütəllimov əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyasının ölkəmizə qazandırdığı uğurlardan,“Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddət ərzində görülən işlərdən söz açmış, bu müqavilənin ölkəmizin sosial-iqtisadi həyatındakı əhəmiyyətindən danışmış, neft-qaz sənayesində aparılan uğurlu islahatlardan, dövlət səviyyəsində neftçi əməyinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açmışdır.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]