Təcrübə-Sənaye Zavodunda xüsusi təyinatlı məhsulların istehsalının genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb

Təcrübə-Sənaye Zavodunda xüsusi təyinatlı məhsulların istehsalının genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb

Təcrübə-Sənaye Zavodunda xüsusi təyinatlı məhsulların istehsalının genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb 

 

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) bu qurumun baş direktoru Vasif Abbasov və akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) baş direktoru, akademik Vaqif Fərzəliyev arasında görüş keçirilib.

 

Görüşdə, həmçinin YT Parkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun (TSZ) icraçı direktoru, kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov iştirak edib.

 

Əsas məqsəd ölkənin müdafiə qüdrətinin gücləndirilməsi istiqamətində AMEA və onun konkret tədqiqat institutları, o cümlədən AKİ tərəfindən görülən işlərin müzakirəsi olub.

 

Görüşdə akademik Vaqif Fərzəliyev iki müəssisə arasında birgə həyata keçirilən layihələr haqqında məlumat verib, əməkdaşlıq istiqamətlərindən bəhs edib. Bildirib ki, rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsində əldə olunan bir sıra mühüm elmi nəticələrin TSZ-də istehsalı həyata keçirilməkdədir. Akademik zavodda istehsal olunan xüsusi təyinatlı yağların ölkənin müdafiə qüdrətinin gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin zəruriliyindən danışıb.

 

YT Parkın baş direktoru V.Abbasov iki qurum arasında müxtəlif istiqamətlərdə aparılan birgə əməkdaşlıq əlaqələrini gələcəkdə daha da inkişaf etdirməklə yüksək nəticələr əldə olunacağına inamını ifadə edib.

 

Tədbirdə AKİ, YT Park və onun rezidenti olan TSZ arasında əlaqələrin genişləndirilməsi istiqamətində təklif və tövsiyələr irəli sürülüb, müvafiq tapşırıqlar verilib.

 

Görüşdə, həmçinin Pakistanla əlaqələrin inkişafı, genişləndirilməsi ilə bağlı perspektivdə nəzərdə tutulan əməkdaşlıq məsələləri müzakirə olunub.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]