"Hamilə idim, ərim mənimlə kobud rəftar etdi, qızım ilk təhlükəni..."

"Hamilə idim, ərim mənimlə kobud rəftar etdi, qızım ilk təhlükəni..."

"Hamilə idim, ərim mənimlə kobud rəftar etdi, qızım ilk təhlükəni..."

 

 

 

"Səhnə fəaliyyətimin 30 ili idi. Özüm öz qarşımda imtahan verdim. Səhnədəki göz yaşlarım... Həmin mahnını oxuyanda düşündüm ki, nələr oldu, nələri atlatdım. Hamısı bir an gözümün qarşısından keçdi, hisslərimi saxlamaq istəmədim. Bir insanın yanında ağalamaq mənimki üçün çətindir. Amma tamaşaçı qarşısında yox (ağlayır). Duyğusallaşdım".

 

Bu sözləri Xalq artisti Aygün Kazımova "Söhbət musiqidən gedir" verilişində deyib. Müğənni "Crystal hall"da verdiyi məşhur konsertindən danışıb. O, həmin gecədə səhnədə ağlamağının səbəbini açılayarkən kövrəlib:

 

"Bəzi addımlarıma görə özümə "çox sağ ol" deyirəm. Mənim həyatımda heç nə elə-belə baş vermir. Əvvəl nəyəsə görə depressiyaya düşərdim. Baxıram, hər müsahibədə "depressiyadayam" deyirdim. İndi bu sözü dilimdən eşidə bilməzsiniz.

 

Mənim üçün əsas addım atmaqdır. Ağrını düşünmürəm. Deyirəm, bunu edim, sonrasına baxaram. Addım atıram və görürəm ki, alındı".

 

Kazımova konsert üçün evini satması sualına "Müqabilində dünyalar qazandım, imtahandan 5 aldım. Dünyanın xoşbəxti oldum" cavabını verib.

 

Keçmiş həyat yoldaşından söz açan ifaçı başına gələn bir hadisəni xatırlayıb:

 

"Bir "rulon" var idi. İçərisində Vaqif Gərayzadənin bütün arxivi yer alırdı. AzTV-yə gəlirdim, həyat yoldaşım yanımda idi. Çox qısqanc idi, mənimlə kobud rəftar etdi. Əlimdən lent düşdü, açılıb dağıldı. Hamilə idim, qızım ilk təhlükəni onda atlatdı. Gəlib Zülfiyyə Xanbabayevaya dedim, qayıtdı ki, demə, Vaqif müəllim bizi öldürəcək. Sonra Vaqif müəllimə açıb dedim. Həmin an mənə baxdı ki, qarşısında hamilə dayanmışam. Dedi get gözümdən, səni görməyim. Günlərlə oturub onu bərpa etdilər".

 

Qızı İlqarədən danışan Kazımova "O, məndən də istedadlıdır. Beş yaşından mənimlə böyük səhnələrdədir. Bu gün Xalq artisti var ki, onun çıxdığı səhnəyə ayaq qoymayıb. O, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, İlqar Xəyal, Samir Bağırov kimi əjdahalar yığıncağının olduğu səhnələrə çıxıb. İstedadımız bənzəsə də, xasiyyətcə fərqliyik" sözlərini əlavə edib.Axsam.az
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]