Müğənni Zamiq Hüseynov "5 günlük dünya" adlı albomunu sevənlərinin ixtiyarına verib - VİDEO

Müğənni Zamiq Hüseynov "5 günlük dünya" adlı albomunu sevənlərinin ixtiyarına verib - VİDEO

 

Müğənni Zamiq Hüseynov bir müddətdir Türkiyədə hazırladığı "5 günlük dünya" adlı albomunu sevənlərinin ixtiyarına verib. Sənətçi alboma daxil olan "Hep biri var" mahnısına ekran həyatı da verib.

 

Bütün mahnıları türk dilində oxuduğu albom və klip "Net Müzik" YouTube kanalında yer alıb.

 

Yeni layihəsindən məmnunluğunu bildirən Hüseynov, "bu 5 günlük dünyada hər kəsə sağlam və xoşbəxt olmağı diləyirəm" fikri ilə tamaşaçılarına xoş dinləmələr arzulayıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]