Üzeyir Hacıbəylinin musiqi irsi müasir təqdimatda mövzusunda elmi sessiya keçirilib +FOTO=2

“Üzeyir Hacıbəylinin musiqi irsi müasir təqdimatda” mövzusunda elmi sessiya keçirilib +FOTO=2

“Üzeyir Hacıbəylinin musiqi irsi müasir təqdimatda” mövzusunda elmi sessiya keçirilib +FOTO=2

 

 

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi və Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəylinin musiqi irsi müasir təqdimatda” mövzusunda elmi sessiya keçirilmişdir

 

Elmi sessiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə elmi-metodiki və ixtisasartırma Mərkəzinin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasının təşkilatçılığı ilə onlayn rejimdə baş tutmuşdur.

 

Tədbir dahi Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”nın fonunda möhtəşəm video rolik ilə açılış etdi.

 

Sessiyanı açıq elan edən tədbirin moderatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi, Mədəniyyət Nazirliyinin Elmi təminat və araşdırmalar şöbəsinin Tətbiqi tədqiqatlar sektorunun baş metodisti Səadət Şirinova hamını salamlayaraq, 100 illik yubiley çərçivəsində Respublikamızda müxtəlif tədbirlərin keçirilməsini və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin də bu istiqamətdə bir sıra xidmətləri olduğunu bildirdi. Bu gün keçirtdiyimiz elmi sessiya bu sıradan olan tədbirlərdən biridir deyə qeyd edən S.Şirinova, çıxış üçün ilk sözü Ü.Hacıbəyli adına BMA-nın elm və innovasiyalar üzrə prorektoru, əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadəyə təqdim etdi. G.Abdullazadə ilk öncə elmi sessiyanın iştirakçılarını Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi, “ Milli Musiqi Günü” və ən əsas da yaxın günlərdə bütün Azərbaycan xalqının qeyd edəcəyi şanlı qələbə günləri münasibəti ilə təbrik etdi. Daha sonra G.Abdullazadə bildirdi ki, təməli Üzeyir bəy tərəfindən qoyulmuş Respublikanın ali musiqi təhsil ocağı kimi bir çox nailiyyətlər və qələbələr əldə edərək təkmilləşən Bakı Musiqi Akademiyası, ölkə xaricində də tanınan ali təhsil mərkəzinə çevrilmişdir. Üzeyir bəy irsi daima aktualdır və illər ötdükcə də, dünyamız müasirləşdikcə belə öz təravətini saxlayacaqdır.

 

Biz bu gün çox şadıq ki, Akademiyamızın 100 illik yubileyi çərçivəsində müxtəlif festivallar təşkil olunur, o cümlədən də musiqi mədəniyyətimizin beşiyi olan Şuşada da keçirilir. Bu günləri bizə yaşatdığı üçün bir xalq olaraq ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevə öz sevgi və ehtiramımızı bildiririk.

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə elmi-metodiki və ixtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli tədbir iştirakçılarını yubiley münasibəti ilə təbrik etdi və bu il xalqımızın “Milli Musiqi Gününü” qalib xalq olaraq qeyd etdiyini bildirərək, xüsusilə Ü.Hacıbəyli Musiqi Festivalının məhz Şuşada qeyd olunmasının əhəmiyyətini vurğuladı. Qarabağda musiqimiz səslənir və bu əbədidir.

 

Daha sonra çıxış üçün söz alan Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, rəhbərlik etdiyi elmi –tədqiqat laboratoriyasında artıq xeyli müddətdir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr edilmiş müxtəlif tədbirlərin keçirildiyini, toplular, monoqrafiyalar və məcmuələrin nəşr olunduğunu bildirdi. N.İsmayılzadə qeyd etdi ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlmiş və Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələr yazan görkəmli sənətkarların bir neçə nəsli məhz Akademiyamızın məzunlarıdır.
Elmi sessiya müxtəlif maraqlı çıxışlarla : sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, elmi-tədqiqat laboratoriyasının müdiri Nuridə İsmayılzadə “Ü.Hacıbəylinin “Arşın mal alan” operettası dünya səhnələrində” , elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, Azərbaycanın xalq artisti, professor, Ramiz Quliyev “Koroğlu” operasının uvertürası müxtəlif tərkibli orkestrlərdə, Azərbaycanın xalq artisti, professor Ülviyyə Hacıbəyova ““Koroğlu” operasının uvertürası İ.Hacıbəyovun fortepiano üçün işləməsi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Rauf Bəhmənli “Ü.Hacıbəyov yaradıçılığında xalq rəqsləri”, C.Hacıyev adına 3№ uşaq incəsənət məktəbinin direktoru, əməkdar müəllim Mehin Orucova “Uşaq incəsənət musqi məktəblərində Ü.Hacıbəyli irsinin tədrisi məsələləri” - davam etdi.

 

Sessiyada çıxışlar arası səsləndirilən musiqi nömrələri tədbirə xüsusi ovqat bəxş etdi.

Mehparə Rzayeva
sənətşünaslıq üzrə fəlsəfə doktoru ,
elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]