Bakıda "Uber Azerbaijan" proqramında Çatdırılma xidməti istifadəyə verilib - FOTO

Bakıda "Uber Azerbaijan" proqramında Çatdırılma xidməti istifadəyə verilib - FOTO

Avtomobil vasitəsilə gediş sifariş etmək üçün eyniadlı onlayn xidmətin yaradıcısı olan Uber beynəlxalq texnologiya şirkəti bu gün yeni Çatdırılma xidmətini işə salıb.

 

 

Xidməti nağd pulla və ya proqram ilə əlaqələndirilmiş bank kartlı ilə ödəmək mümkündür. Xidmətin minimal dəyəri 2 manat təşkil edir — bu qiymətə ilk 5 dəqiqə və 3,5 kilometrlik gediş daxildir. Məsələn, "28 Mall" ticarət mərkəzindən Nəriman Nərimanov metrosuna çatdırılma, təxminən, 2,5 manata başa gələcək.
 

Uber şirkətinin Azərbaycandakı nümayəndəsi Müşfiq Həsənov bildirib ki: “Yeni xidmət Bakı sakinlərinə çatdırılma ehtiyacı duyulan gündəlik məsələlərini daha tez həll etməyə yardım edəcək. Bu xidmət vasitəsilə həm yaxın insanlara müxtəlif əşyalar, həm də biznes partnyorlarına sənədlər, yaxud müştərilərə sifarişlər göndərmək mümkündür. Onu da qeyd edək ki, biz onu istifadəçilər üçün əlçatan etməyə və eyni zamanda xidmətin partnyor sürücülərinə  daha çox sifariş təklif etməyə çalışırıq".
 

Əşyaları göndərmək üçün istifadəçi əvvəlcə onları qablaşdırmalı, avtomobilə çatdırmalı və avtokuryerə təhvil verməlidir. Bağlamanın çəkisi 20 kiloqramdan artıq olmamalıdır. Avtomobil gəldiyi zaman qəbuledən əşyanı götürmək üçün ona yaxınlaşmalıdır. Onlayn xidmətdə, həmçinin 2 manat əlavə ödəməklə "qapıdan qapıya" çatdırılma seçimi də nəzərdə tutulub, yəni avtokuryer bağlamanı mənzilin və ya ofisin qapısından götürəcək və qəbuledənə təhvil verəcək.
 

"Uber Azerbaijan" proqramında Çatdırılma xidmətini seçdikdən sonra istifadəçi həm göndərənin, həm də qəbuledənin ünvanını və əlaqə nömrəsini qeyd edir. Əlavə olaraq "Gedişi paylaş" funksiyası da mövcuddur. Onun köməyilə qəbuledənin avtomobilin marşrut üzrə hərəkətini izləyə biləcəyi keçid yaradılır.
 

Uber haqqında:
Uber fərdi sürücü ilə avtomobillərin sifarişi üzrə xidmət təklif edən eyniadlı mobil proqramın yaradıcısı olan beynəlxalq texnologiya şirkətidir. Uber-in əsas missiyası şəhərdaxili gedişləri ən müasir standartlara cavab verəcək şəkildə bütün sakinlər üçün sadə, etibarlı və əlçatan etməkdir.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]