COĞRAFİYAÇI ALİM QLOBAL İSTİLƏŞMƏ BARƏDƏ MÜSAHİBƏ VERİB

COĞRAFİYAÇI ALİM QLOBAL İSTİLƏŞMƏ BARƏDƏ MÜSAHİBƏ VERİB

COĞRAFİYAÇI ALİM QLOBAL İSTİLƏŞMƏ BARƏDƏ MÜSAHİBƏ VERİB 

 

 

 

Dünyada gedən qlobal istiləşmənin səbəbləri və problemin həlli yollarını aydınlaşdırmaq məqsədilə Cebhə.info saytı AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbənin müdiri, dosent Mirnuh İsmayılova müraciət edib.

 

Son illərdə iqlim dəyişmələrində güclü tezləşmənin müşahidə edildiyini deyən alim dünyanın aparıcı ölkələrinin qlobal istiləşməyə “müharibə” elan edərək təsirli hərəkətlərə keçməsini çıxış yolu kimi qiymətləndirib. O bildirib ki, qlobal istiləşmə ilə əlaqədar potensial fəlakətdən qorunmaq üçün istixana qazı emissiyalarının təxminən 80%-nin azalması lazımdır. Ətraf mühitə ziyan vuran, atmosferə daha çox karbon emissiyasını buraxan təsərrüfat sahələrinə həddən artıq böyük verginin qoyulmasını əsaslı tədbirlərdən biri kimi qiymətləndirmək olar.

 

Alim diqqətə çatdırıb ki, atmosferə həddən artıq atılan karbon tullantıları yerin istilik balansını pozur, bu isə iqlimlə bağlı fəsadların, təbii və texnogen fəlakətlərin yaranmasına səbəb olur. İnstitutun apardığı tədqiqatlara görə, 1960-cı illərdə Azərbaycanda buzlaqların sahəsi Böyük Qafqazda 6, 5 kvadrat kilometr idisə, indi 1,28 kvadrat kilometr təşkil edir. Bu çox böyük dəyişmədir və azalma 4 dəfədən artıqdır. Qlobal istiləşmə irəlilədikcə yağıntı nümunələrində güclü dəyişikliklər olacaq. Yer səthinin bəzi yerləri nəmlənəcək, digərləri ağır quraqlıqlara məruz qalacaq.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]