Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir, +FOTO=9)

Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir, +FOTO=9)

 Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir, +FOTO=9)

 

27 Sentyabr - Azərbaycanda Anım Günü, eləcə də Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Masallı rayonunda şəhid ailələri ziyarət olunub. Sentyabrın 22-də Masallı Rayon İcra Hakimiyyəti Aparatının təşəbbüsü və təşkilatçılığı ilə baş tutan ziyarətlərdə rayon rəsmiləri, o cümlədən rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və digərləri iştirak edib.

 

Rəsmilər ilk olaraq rayon mərkəzində şəhid Sübhan Rauf oğlu Həsənovun, sonra isə rayonun Xıl kəndində şəhid Elgün Aqil oğlu Mikayıllının ailələrinə baş çəkib, şəhid vətən oğullarının ruhuna dərin sayğı göstərib, valideynlərin kədərinə şərik olduqlarını ifadə ediblər.

 

Görüşlərdə həmçinin, ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışılıb, döyüşlərdə rəşadət göstərərək şəhidlik zirvəsinə ucalmış vətən övladlarının xatirəsi və qəhrəmanlığından bəhs olunub. Eyni zamanda, ailə üzvləri ilə söhbətlər zamanı döyüşlərin başlanmasından ötən bir il ərzində şəhid ailələri və müharibə iştirakçılarının problemlərinin həllinə yönəlmiş addımlar barədə söz açılıb, bu istiqamətdə zəruri tədbirlərin davam etdirilməsinin vacibliyi xüsusi vurğulanıb. Daha sonra şəhidlərin məzarları ziyarət olunub.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]