İsmayıllıda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub - FOTO

İsmayıllıda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub - FOTO

İsmayıllıda şəhər 3 saylı məktəb liseyinin həyətində şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.
 

Pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən mərasimdə şəhid ailələri, Rayon icra hakimiyyətinin başçısı, RİH-nin məsul işçiləri, RTŞ-nin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
 

Tədbirdə çıxış edən rayon rəhbəri ötən il sentyabrın 27-də başlanan və tarixə “44 günlük müharibə” kimi tarixə düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Hər iki müharibədə bir məktəbdən 15 məzunun qəhrəmancasına şəhid olmasını vurğulayan RİH başçısı bu qəhrəmanları yetişdirən valideyinlərə və müəllimlərə minnətdarlıq edib və məktəbin təhsildə göstərdiyi uğurlarla yanaşı bu qəhrəmalığına görə də respublikada ön sıralarda olduğunu bildirib.
 

Şəhidlərin xatirəsinə inşa edilən kompleksdə həm Birinci, həm də İkinci Qarabağ müharibəsində məktəbin məzunu olan 15 qəhrəman şəhidin rəsmi vurulub. Kompleksdə şəhidlər haqqında məlumatları əks etdirən monitor quraşdırılıb.
 

Tədbirdə çıxış edən şəhid anaları şəhidlərimizlə qürur duyduqlarını bildiriblər. Həmçinin qeyd edilib ki, qəhrəmanlar Vətən yolunda şəhadətə yüksələrək gələcək nəsillər üçün örnəkdirlər.
Məktəblilər hazırladıqları kompozisiyanı təqdim ediblər.
 

Abidənin önündə xatirə şəkilləri çəkilib.
 

Sonda tədbir iştirakçıları məktəbdə şəhid müəllim Famil Əhmədzadənin yaratdığı tarix müzeyinə  baxış keçirib.


Rayon rəhbəri yeni dərs ilinə başlayan müəllim və şagirdlərlə görüşüb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]