BDU alimlərinin məqaləsi yüksək təsir faktorlu jurnalda dərc olunub

BDU alimlərinin məqaləsi yüksək təsir faktorlu jurnalda dərc olunub

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar ETL-nin əməkdaşları Jiseok Kim, Orxan Güləhmədov və Mustafa Muradovun “Triboelektrik təbəqələrə mikro- və nanoquruluşların nüfuz etdirilməsi ilə triboelektrik generatorlarının effektivliyinin artırılması” (“Enhancement of performance of triboelectric generators by introduction of micro- and nano- structures on triboelectric films”) adlı icmal məqaləsi “Web of Science” beynəlxalq elmetrik bazasına daxil olan yüksək impakt faktorlu “Journal of Materials Science: Materials in Electronics” (İF: 2.478 (2020)) jurnalında dərc olunub.
 

Məqalədə triboelektrik generatorlarda istifadə olunan təbəqələr üzərində mikro- və nanoquruluşların yaradılmasının onun çıxış parametrlərinə təsiri araşdırılıb, triboelektrik təbəqələrə belə quruluşların nüfuz etdirilməsi nəticəsində səthlərdə yaranan yüklərin sayının dəyişməsinin qanunauyğunluğu müəyyən olunub. Həmçinin belə qurğuların çıxış gücünün bu quruluşların forması və ölçüsündən asılılığı öyrənilib.
 

Ətraflı məlumat üçün linkə keçid edin: https://link.springer.com/article/10.1007%2Fs10854-021-07000-3

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]