Ölkənin müxtəlif ali və orta-ixtisas təhsil müəssisələrinə musiqi ixtisasları üzrə qəbul olmuş məzunlarla görüş keçirilib - FOTO

Ölkənin müxtəlif ali və orta-ixtisas təhsil müəssisələrinə musiqi ixtisasları üzrə qəbul olmuş məzunlarla görüş keçirilib - FOTO

Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Qazax, Ağstafa və Tovuz rayonlarında fəaliyyət göstərən uşaq musiqi məktəblərinin cari ildə bitirmiş və ölkənin müxtəlif ali və orta-ixtisas təhsil müəssisələrinə musiqi ixtisasları üzrə qəbul olmuş məzunları ilə görüş keçirilmişdir.


Görüşdə İdarənin rəisi Elbəy Əli məzunları təbrik etmiş, tələbəlik həyatında onlara müvəffəqiyyətlər diləmiş, mədəniyyətimizin təbliği və tərənnümü yolunda uğurlar arzulamışdır. Natiq çıxışında bunun bir estafet yarışı olmasından, bayağı musiqilərlə mübarizə istiqamətində peşəkar və savadlı musiqiçilərin məsuliyyətindən söz açmış, onların da öz növbələrində bu məsələlərə həssas yanaşmasının vacibliyini vurğulamışdır. Qədim və köklü ənənələrə malik, zəngin milli musiqimizin qorunub gələcək nəsillərə ötürülməsinin labüdlüyündən bəhs etmiş,  ölkəmizdə mədəniyyətə, incəsənətə dövlətin dəstək və qayğısından geniş danışmışdır.


Həmçinin, görüşdə Uşaq Musiqi Məktəblərinin direktorları çıxış edərək, tələbə adı qazanmış məzunları təbrik etmiş, onlarla qürur duyduqlarını dilə gətirmişlər.
Sonda xatirə şəkli çəkdirilmişdir.

 
Müxtəlif ali və orta-ixtisas təhsil müəssisələrinə qəbul olan məzunlar:

 

H.Arif adına Ağstafa şəhər Uşaq Musiqi Məktəbi
 

1. Vəliyeva Gülşən Rasim qızı - Azərbaycan Milli Konservatoriyası – kamança (2016/2017)
 

2. Məmmədli İlahə İlham qızı - Milli Konservatoriya nəzdində Musiqi Kolleci –fortepiano (2018/2019)
 

3. Qurbanova Ülkər Orxan qızı - Milli Konservatoriya nəzdində Musiqi Kolleci – fortepiano (2018/2019)
 

4. Mollazalov Emil Elşən oğlu - Şuşa Musiqi Kolleci – qarmon (2019/2020)
 

5. Mansırlı Nəzrin Ramil qızı - Şuşa Musiqi Kolleci – vokal (2019/2020)
 

6. Nəbiyeva Hürü Fariz qızı - Milli Konservatoriya nəzdində Musiqi Kolleci  - fortepiano (2020/2021)
 

7. Mollazalov Fərhad Eyvaz oğlu - Şuşa Musiqi Kolleci – Saz (2020/2021)
 

8. Yusifova Səma Elşən qızı - Milli Konservatoriya nəzdində Musiqi Kolleci – fortepiano (2020/2021)
 

9. Qarayeva Bənövşə İsmayıl qızı - Milli Konservaroriya nəzdində Musiqi Kolleci – fortepiano (2020/2021)
 


Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi
 

1. Yusifov Mədəd Niyazi oğlu - Gəncə Musiqi Kolleci (klassik vokal xanəndə)
 

2. Məsmalıyeva Nazənin Qasım qızı - Gəncə Musiqi Kolleci (kamança  ixtisası ūzrə)
 

3. Nəsibova Sevinc İsgəndər qızı - Gəncə Musiqi Kolleci (fortepiano ixtisası üzrə)
 

4. Əliyeva Yetər Teymur qızı - Asəf Zeynallı adına Musiqi Kolleci (kamança ixtisası üzrə)
 

5. Əsgərova Susay Malik qızı - Sumqayıt Musiqi Kolleci (skripka ixtisası üzrə)
 

6.Yusifov Bəxtiyar Azər oğlu - Asəf Zeynallı adına Musiqi Kolleci (tar ixtisası üzrə)
 


Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi
 

1. Yusifova Səbinə Elşən qızı (Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec, fortepiano ixtisası üzrə)


2. Mehtiyev Alqayıt Namiq oglu (Sumqayıt Musiqi Kolleci, Saz ixtisası üzrə)

 

Aşıq Əsəd Rzayev adına Tovuz şəhər Uşaq Musiqi Məktəbi
 

1. Kərimli Dərya Emin qızı - Fortepiano - Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci
 

2. Rəhimov Tofiq Sultan oğlu - Qarmon - Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec
 

3. Məmmədov Fərid Nəbi oğlu (müəllim) - Qarmon - Azərbaycan Milli Konservatoriyası
 

4. Mustafayeva Tərlan Mübariz qızı - Fortepiano - Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci
 

5. Abdullazadə Aydan Nemət qızı - Fortepiano - Humanitar Musiqi Kolleci
 

6. Cəfərov Ömər Rəşad oğlu Qarmon - Sumqayıt  Musiqi Kolleci
 


Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbi
 

1. Zeyniyeva Leyla Mətləb qızı (Azərbaycan Milli Konservatoriyası, fortepiano ixtisası üzrə)
 

2. Hüseynova Əfsanə Eldar qızı (Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec, fortepiano ixtisası üzrə)
 

3. Qurbanov Ömər Elxan oğlu (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec, saz ixtisası üzrə)
 

4. Qurbanov Ramil Qurban oğlu (Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec, xanəndəlik ixtisası üzrə)
 

5. Hacıyeva Nuridə Fuad qızı (Şuşa Humanitar Kolleci, qarmon ixtisası üzrə)

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]