Yardımlıda "Narkomaniya-ümumbəşəri bəla" mövzusunda tədbir keçirilib- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=8)

Yardımlıda "Narkomaniya-ümumbəşəri bəla" mövzusunda tədbir keçirilib- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=8)

Yardımlıda "Narkomaniya-ümumbəşəri bəla" mövzusunda tədbir keçirilib-(AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=8)

 

 

Fevralın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi-nin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Yardımlı Rayon Gənclər İdman İdarəsinin və Yardımlı rayon Gənclərin İnkişaf və Kariyera Mərkəzinin birgə təşkilatçılığı ilə Yardımlı rayon Heydər Əliyev Mərkəzində pandemiya qaydalarını gözləməklə "Narkomaniya-ümumbəşəri bəla" mövzusunda seminar keçirilib.

 

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şəhriyar Şabiyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Səfail İbişli və gənclər iştirak ediblər.

 

Tədbirdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” və QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Azərbaycan ictimaiyyətinə 03.09.2021-ci il tarixli müraciəti müzakirə mövzusu olmuşdur.
Çıxışlarda vurğulandı ki,millətin sağlam həyat tərzi üçün təhlükənin yaranması narkotik maddələrin qəbulu və narkomaniyanın yayılmasıdılr. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki, mənəvi və psixoloji cəhətdən məhv olur.Hazırda dünyada 2 milyondan artıq narkoman var ki, onların da çoxunu gənclər təşkil edir.Narkomaniyanın mənəvi təhlükəliliyi insanların fiziki və psixi sağlamlığının ciddi şəkildə pozulmasına səbəb olur.

 

Natiqlər bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu günxüsusilə aktual xarakter daşıdığını, narkomaniyaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bildiriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
ƏLİHÜSEYN ŞÜKÜROV.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]