Masallıda İdeya dolu gənclik mövzusunda tədbir keçirildi- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=6)

Masallıda “İdeya dolu gənclik” mövzusunda tədbir keçirildi- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=6)

Masallıda “İdeya dolu gənclik” mövzusunda tədbir keçirildi- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=6)

 

 

 

23 sentyabr 2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman təşkilatçılığı ilə “Gənclər evi” sosial xidmət müəssisəsində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının tədbirlər planının 5.10.7. yarımbəndinin icrası məqsədi ilə gənclərin sosial təşəbbüskarlığını artırmaq və innovativ təfəkkürünü inkişaf etdirmək məqsədi ilə “İdeya dolu gənclik” mövzusunda gənclərlə görüş keçirilib.

Əvvəlcə tədbirdə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildiş

Tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək tədbirin əsas məqsədi gənclərin hər hansı bir ideyasını gerçəkləşdirməsi üçün maarifləndirmək eləcədə gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, onların tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdən ibarət olduğunu diqqətə çatdırdı.

Tədbirdə gənc müəllim Toğrul Teymurov , tələbə Şamxal Cəfərov, gənc idmançı Heydərəli Quliyev çıxış edərək bu səpkidə keçirilən tədbirin gənclər üçün öz ideya və təkliflərini irəli sürmək baxımından olduqca əhəmiyyətli tədbir olduğunu vurğuladılar.

Sonra tədbirdə iştrak edən gənclər öz ideya və təklifləri ilə çıxış edərək maraqlı təkliflər irəli sürdülər.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]