İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti ANAMA-nın fəaliyyəti ilə tanış olub

İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti ANAMA-nın fəaliyyəti ilə tanış olub

2021-ci il 23 sentyabr tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) Sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyəti ilə görüşüb.


ANAMA tərəfindən qonaqlara 23 il ərzində icra olunan layihələr, eləcə də dövlət tərəfindən humanitar minatəmizləmə sahəsində qarşıya qoyulmuş öhdəliklər barədə məlumat verilib. Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən əməliyyatlara dair prezentasiya təqdim edilib.


Görüş zamanı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, mədəni və dini abidələrin dağıdılması, qəbiristanlıqların, kənd və şəhər yollarının minalanması müzakirə olunub. Qeyd edilib ki, bütün bu faktlar insan hüquqlarının pozulmasının təsdiqidir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]