Masallıda İsti su sənədli filminin təqdimat mərasimi keçirilib- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=9)

Masallıda “İsti su” sənədli filminin təqdimat mərasimi keçirilib- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=9)

Masallıda “İsti su” sənədli filminin təqdimat mərasimi keçirilib- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=9)

 

 

 

 

Masallı rayonunun ərazisində çıxan müalicəvi əhəmiyyətli “İsti su” mineral suyu haqqında lentə alınmış eyniadlı sənədli filmin təqdimat mərasimi keçirilib. Pandemiya şərtlərinə uyğun olaraq rayon Mədəniyyət Mərkəzində təşkil edilən mərasimdə filmin yaradıcı heyəti ilə yanaşı, rəsmi şəxslər, ziyalılar, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri də iştirak edib.

 

“Masal production” və “Nur” videostudiyasının birgə əməkdaşlığı ilə ərsəyə gətirilən ekran işində “İsti su” mineral suyunun kimyəvi tərkibi ilə bağlı aparılmış elmi tədqiqatların tarixi və sahə üzrə araşdırmalara rəhbərlik etmiş alimlərin xidmətlərindən, eləcə də suyun müalicəvi əhəmiyyətinin aşkar olunması, kütləvi istismara verilməsi, habelə bölgədə müalicə-sanatoriya ocaqlarının yaradılmasından bəhs olunur. Filmdə eyni zamanda, termal sudan geniş istifadənin nəticəsində rayonda aparıcı sahəyə çevrilmiş turizm və yerli mədəniyyət sahələrinin inkişafından danışılır, ərazinin təbiəti və su ehtiyatları barədə təfərrüatlı məlumatlar verilir. Ekran işində toxunulan mövzular üzrə mütəxəssislərin, ölkənin müxtəlif regionlarından olan turistlərin və tanınmış iş adamlarının fikirlərinə də yer verilib.

 

Filmin nümayişindən sonra "İstu su" barədə sənədli ekran həllinin ideya və ssenari müəllifi, “Masal production”un rəhbəri Cəfər Cəfərov filmin məqsədi və haqqında söhbət açılan və müzakirə edilən mövzuların əhəmiyyətindən danışıb və müvafiq istiqamət üzrə gələcək planlarından bəhs edib. Filmin müəllifi sonda mərasimdə iştirak edən qonaqlara və yaradıcı komanda üzvlərinə minnətdarlığını bildirib. Digər çıxış edənlər də film barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb, sənədli ekran işində işıqlandırılan bir sıra vacib məqamları qeyd ediblər.

 

Qeyd edək ki, sənədli filmin quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə, dron operatoru isə Vadim Mirzəyevdir.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]