Türk Dünyasının alimləri UNEC-də - FOTO

Türk Dünyasının alimləri UNEC-də - FOTO

Sentyabrın 27-29-da Türk Dünyası Araşdırmaları Vəqfinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransı keçiriləcək.


Konfransda Türkiyənin elm və təhsil sahəsi üzrə bir sıra rəsmiləri, Türk dövlətlərinin aparıcı universitetlərinin rektorları və nüfuzlu alimləri də iştirak edəcəklər.


Konfransın açılışından öncə ümummilli lider Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanı ziyarət olunacaq, eləcə də UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan  yeni Memorial-Xatirə Kompleksinin açılışı olacaq.


3 gün gün davam edəcək konfransda postkovid dövründə Türk Dünyası dövlətləri arasında təhsilin inkişafı, yeni əməkdaşlıq imkanları, eləcə də Qarabağ Zəfərinin Türk Dünyası ölkələrinə iqtisadi təsirləri ilə bağlı geniş və maraqlı müzakirələr aparılacaq, təkliflər irəli sürüləcək.


Sentyabrın 28-də xarici qonaqların Ağdam şəhərinə səfəri də nəzərdə tutulub.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]