İstanbulda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib +FOTO=4

İstanbulda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib +FOTO=4

İstanbulda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib- +FOTO=4

Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondunun (TUGVA) birgə təşkilatçılığı ilə İstanbul şəhərində Vətən müharibəsinin başlamasının bir illiyi münasibətilə silsilə anım tədbirləri baş tutub.

 

Keçirilən tədbirlər çərçivəsində əvvəlcə İstanbulun tarixi Ayasofya məscidində şəhidlərin ruhuna sübh namazı qılınıb, məscidin imamı tərəfindən müharibə iştirakçıları və şəhidlər üçün dualar oxunub.
Vətən müharibəsi iştirakçıları olan qazilərin, hər iki dövlətdən 500-dən çox gəncin və aparıcı gənclər təşkilatlarının rəhbərləri iştirak edib.

 

Daha sonra Ayasofya məscidinin qarşısında Azərbaycan Respublikasının Gənclər Fondunun rəhbərlik etdiyi nümayəndə heyəti və Türkiyə Gənclər Fondunun nümayəndə heyəti tərəfindən şəhərdə fəaliyyət göstərən yerli və xarici media qurumlarına Azərbaycan-Türkiyə gəncləri adından bəyanat səsləndirilib.
Bəyanatda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən şanlı Qarabağ Zəfəri qızıl hərflərlə tarixə yazılarkən, Türkiyənin yenə də qardaşının yanında olduğu xatırladılıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsi dövründə də Türkiyə gəncləri Azərbaycan gəncləri ilə informasiya müharibəsində birgə mübarizə apararaq, dünyaya haqq səsimizin çatdırılmasında fəal iştirak etmişlər.

 

Türkiyə Gənclər Fondunun direktoru Enes Emonoğlu çıxışında "İki ay əvvəl bizə həm Qarabağ, həm də Şuşaya getmək, o torpaqları görmək qismət oldu. Həqiqətən də misli görülməmiş yerlərdir. Əminik ki, bundan sonra o torpaqlarda sülh, əminamanlıq və bərəkət olacaq” deyə bildirib.

 

Çıxışçılar həmçinin, 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən, Türkiyə Gənclər Fondu və Azərbaycan Gənclər Fondunun bu günədək həyata keçirdiyi vətənpərvərlik yönümlü ortaq layihələrin vacibliyindən söz açıblar.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]