Osloda Anım Günü ilə bağlı foto-sərgi təşkil edilib - FOTO

Osloda Anım Günü ilə bağlı foto-sərgi təşkil edilib - FOTO

Osloda həftəsonu məktəbimiz və NAYO birlikdə 44 günlük II Vətən Müharibəsinin ildönümü ilə bağlı “Qarabağ Azərbaycandır” adlı foto-sərgi təşkil etmişdir. Sərgidə istedadlı və gənc fotoqraf Rüstəm Fərman İsmayılovun müəllifi olduğu Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin bərpadan sonrakı fotoları, Zəfər Günü ilə bağlı fotolar sərgi iştirakçılarına təqdim edilmişdir.  Eyni zamanda, sərgidə işğaldan azad edilmiş ərazilərimizlə bağlı kitab sərgisidə nümayiş edilmişdir.Həftəsonu məktəbimizin şagirdləri tərəfindən hazırlanmış Azərbaycan və Türkiyə bayraqlarıda sərgi iştirakçıları tərəfində maraqla qarşılanmışdır. Sərgi şagirdlərin Vətənlə bağlı söylədikləri şeirlər ətrafında davam etmişdir.


Məktəbimizin fəal şagirdi Şanay  Şəkari Xarıbülbül rəsmini böyük sevgi və məhəbbətlə  xatirə lövhəsi üzərində çəkmişdir.Şagird və valideynlərimiz xatirə lövhəsində 44 günlük Il Vətən Müharibəsi ilə bağlı hiss və təəssüratlarını yazmış və rəsmlər çəkmişdilər.
Sərgi iştirakçılarına xarıbülbül nişanı hədiyyə edilmişdir.
 


Qarabağ müharibəsinə həsr edilmiş« Ağca və cuppulu» əsərinin müzakirəsi…


Filologiya üzrə fəlsəfə doktoru,Azərbaycan dili dərsliklərinin müəllifi Xanım Qasımovanın təşkilatçılığı ilə uşaq yazıçısı Sevinc Nuruqızı ilə görüş keçirilmişdir.Görüşdə Oslodan həftəsonu məktəbinin şagirdləri və Belçikadan,Azərbaycandan iştirak edən uşaqlar ingilis və Azərbaycan dillərində yazıçının əsərlərindən parçalar səsləndirmişdilər.  Görüş  S.Nuruqızının müharibəyə həsr etdiyi və Koreyada yüksək mükafata layiq görülən« Ağca və cuppulu» əsərinin müzakirəsi və uşaqların suallları ətrafında davam etmişdir.
Osloda N.Gəncəvi adına həftəsonu məktəbinin kordinatoru Günay Əliyeva şagirdlərin müəllifin yaradıcılığı ilə tanış olduğunu bildirmiş və yazıçının əsərlərinin tədris prosesində  istifadə etdiklərini qeyd etmişdir.


Yazıçı  müəllifi olduğu «Sürəyyanın izində» nağlından bir parça uşaqlar üçün oxumuşdur.
Osloda həftəsonu məktəbimizin şagirdi Aida xanım Ramberq  «Ağca və Cuppulu» nağlının əsas qəhrəmanları olan Ağcanın və Cuppulunun rəsmlərini çəkmişdir.


S.Nuruqızının Selcan Ağayeva tərəfindən çəkilmiş portreti görüşdə yazıçıya təqdim edilmişdir.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]