Könüllülərin iştirakı ilə Avropa Mobillik Həftəsi çərçivəsində velosiped yürüşü keçirilib - FOTO

Könüllülərin iştirakı ilə Avropa Mobillik Həftəsi çərçivəsində velosiped yürüşü keçirilib - FOTO

Azərbaycan könüllülərinin iştirakı ilə Avropa Mobillik Həftəsi çərçivəsində Bakı Nəqliyyat Agentliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının tərəfdaşlığı ilə "Velosiped sür, sağlam ol!" şüarı altında veloyürüş keçirilib.


Yürüşdə İttifaqın sədri Yusif Vəliyev, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov, AKTİ katibliyi, eləcə də Ittifaqa üzv könüllü təşkilatlarının rəhbərləri və könüllüləri iştirak ediblər.


Veloyürüşün keçirilməsində məqsəd sağlam həyat tərzini təbliğ etmək, gəncləri alternativ nəqliyyat vasitələrindən istifadə etməyə səsləmək və avtomobillər vasitəsilə atmosferə atılan zərərli qazların azalmasına töhfə verərək paytaxtımızın hava keyfiyyətini yaxşılaşdırmaqdır.  


Hər il bu vaxt dünyanın əksər ölkələrində təşkil edilən "Avtomobilsiz küçələr" günündə insanlar daha çox piyada gəzməyə və velosiped sürməyə üstünlük verirlər. Qeyd edək ki, həftə çərçivəsində Azərbaycan könüllüləri Bakıda həyata keçirilən müxtəlif aksiyalarda yaxından iştirak edərək paytaxt sakinlərini maarfiləndiriblər. Yürüşdən sonra keçirilən bağlanış mərasimində iştirakçı könüllülər rəsmilər tərəfindən xüsusi sertifikatlarla təltif olunublar.


Hər kəsi dayanıqlı hərəkət etməyə və sağlam olmağa səsləyirik!
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]