Stokholmda şəhidlərimiz yad edildi

Stokholmda şəhidlərimiz yad edildi

Stokholmda yaşayan azərbaycanlı icmasının iştirakı ilə Azərbaycanın İsveçdəki səfirliyinin binası önündə 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib.
 

Aksiya zamanı əzəli Qarabağ torpaqlarımızın erməni işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səfirliyin binası önünə gül dəstələri düzülüb, şamlar yandırılıb, şəhidlərimizin ruhuna dualar oxunub.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]