Yöteborq şəhərində anım mərasimi keçirilib - FOTO

Yöteborq şəhərində anım mərasimi keçirilib - FOTO

İsveç Azərbaycanlıların Koordinasiya Şurasının,  İsveç Qarabağ Azadlıq Mərkəzi Birliyi və  Batı Yöteland Azerbaycan Evi Birliyinin təşkilatçılığı ilə Yöteborq şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş aksiya keçirilib.


Sltottsskogen parkında gerçəkləşdirilən aksiya zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanları xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandırıldığı aksiyada şəhidlərimizin fotoları nümayiş etdirilib, onların şəkilləri önünə güllər düzülüb, xatirələrinə ehtiram əlaməti olaraq şamlar yandırılıb, həzin musiqi səsləndirilib.


80 nəfərə yaxın soydaşımızın və yerli sakinlərin qatıldığı tədbirdə çıxış edən diaspor üzvləri Azərbaycan torpaqlarını mənfur düşmən tapdağından azad edən qəhrəmanlarımızla qürur duyduqlarını, onların göstərdikləri igidlik və şücaətin isə heç zaman unudulmayacağını bildiriblər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]