Haaqa şəhərində Anım Günü ilə əlaqədar "səssiz" yürüş təşkil edilib

Haaqa şəhərində Anım Günü ilə əlaqədar "səssiz" yürüş təşkil edilib

Haaqa şəhərində Vətən müharibəsinin ildönümü ilə əlaqədar 27 sentyabr – Anım Gününə həsr olunmuş “səssiz” yürüş və aksiya keçirilib.
 

Aksiya Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzv təşkilatları –  Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyəti və “Ana Vətən ” Avropa Azərbaycanlı Qadınlar Birliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Yürüş Haaqadakı Sülh Sarayından (Vredes Paleis) başlayıb və Azərbaycanın Niderland Krallığındakı səfirliyinin qarşısında başa çatıb. Əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını tutan soydaşlarımız qəhrəman şəhidlərimizin fotolarını, “27 sentyabr – Azərbaycanda Anım Günüdür!”, “Qarabağ Azərbaycandır!”, “Biz heç vaxt unutmayacağıq!” və digər şüarları nümayiş etdiriblər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]