ADPU-nun Filologiya fakültəsində Anım günü münasibətilə ədəbi-bədii tədbir keçirilib - FOTO

ADPU-nun Filologiya fakültəsində Anım günü münasibətilə ədəbi-bədii tədbir keçirilib - FOTO

Sentyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsi və fakültədə fəaliyyət göstərən  "MEH Ədəbi Dərnəyi"nin birgə təşkilatçılığı ilə 27 Sentyabr - Vətən müharibəsi şəhidlərinin Anım Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirib. Tədbirdə fakültə rəhbərliyi, müəllim və tələbələr, o cümlədən fakültənin qazi məzunları iştirak ediblər.


Ədəbi-bədii tədbirdə “MEH Ədəbi Dərnəyi”nin üzvləri ədəbi-bədii səhnəciklər göstərilib, pofessor Mahirə Hüseynovanın (Mahirə Nağıqızı) Vətən müharibəsi şəhidlərinə həsr olunmuş vətənpərvərlik ruhunda şeirlərini səsləndiriblər. Şəhidlərə həsr olunmuş mahnılar və  Pünhan İsmayıllının ifasında Mahirə Nağıqızının “Şəhidlər” şeirinin yer aldığı videoçarxlar nümayiş etdirilib. “Zəfər xəbəri səhnəciyi” xüsusi rəğbətlə qarşılanıb.


Tədbirdə həmçinin “MEH Ədəbi Dərnəyi"nin üzvü olan istedadlı tələbələrin çəkdikləri şəhidlərin portretlərinin ibarət sərgi iştirakçılara təqdim olunub.


Kompozisiyanın sonunda Vətən müharibəsi iştirakçısı olan fakültənin məzunu, “MEH Ədəbi Dərnəyi”nin üzvü İxtiyar İxtiyarlı öz təəssüratlarını bölüşüb və bildirib ki, biz hər zaman Vətənin vur çağırışı ilə müsəlləh əsgər olmağa hazırıq.


Ədəbi-bədii kompozisiyanın nümayişindən sonra çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova çıxış edərək bildirib ki, bu gün xalqın öz şəhid balalarını, qazi oğullarını andığı ümumxalq birlik günüdür.  Bu çətin, eyni zamanda qürurverici bir andır. Bu gün Azərbaycan xalqı özünün üç min nəfərə yaxın şəhid övladını anır, eyni zamanda bu oğulların sayəsində torpaqlarımızın azad olunmasının sevincini yaşayır.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]