Ağcabədidə 27 sentyabr – Anım Günü qeyd olundu- (AZpressAZ -Mais İbrahimov +FOTO=68)

Ağcabədidə 27 sentyabr – Anım Günü qeyd olundu- (AZpressAZ -Mais İbrahimov +FOTO=68)

Ağcabədidə 27 sentyabr – Anım Günü qeyd olundu- (AZpressAZ -Mais İbrahimov +FOTO=68)

 

Azərbaycan xalqının 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd olunur. Ağcabədi rayon Şəhidlər Xiyabanında da bu münasibətlə ümumrayon tədbiri keçirildi.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatı Tahir Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Ağcabədi rayon Məscidinin axundu şəhidlərin ruhuna dualar oxudu. Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il, sentyabrın 27-dən başlanan və şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin həmişə qəlbimizdə yaşayacağını bildirdi.

 

Bundan sonra çıxış edən Vətən müharibəsi şəhidləri Məkan Qəhrəmanov və Nurlan Quliyevin valideynləri Mübariz Qəhrəmanov, Zülfiyyə Quliyeva, I Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Sadıq Hüseynovun həyat yoldaşı Nəzakət Bəşirova, YAP Ağcabədi rayon təşkilatının əməkdaşı, I Qarabağ müharibəsi veteranı Ramil Nağıyev, Vətən müharibəsi iştirakçısı,II qrup Qarabağ əlili Elşad Heydərov öz ürək sözlərini tədbir iştirakçılarına çatdırdılar, Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açdılar,haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət dilədilər.Şəhid övladlarının söylədikləri mübariz ruhlu şeirlər alqışlarla qarşılandı.
Tədbirin növbəti hissəsində şəhid məzarları ziyarət olundu,üzərinə tər çiçəklər düzüldü. Sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, şəhid ailələrinin üzvləri,tədbir iştirakçıları Şəhidlər Xiyabanında ağacəkmə aksiyasında iştirak etdilər. Rəmzi olaraq 44 ağac əkildi.Qeyd edək ki,ağacəkmə aksiyası davam edir və şəhidlərin dəfn olunduğu kənd məzarlıqları da daxil olmaqla 500-dək ağacın əkilməsi nəzərdə tutulub.

 

27 sentyabr - Anım Günü ilə bağlı Ağcabədi rayonunda saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]