Bakı Musiqi Akademiyasında anım tədbiri keçirildi- (AZpress.AZ-İ.Rüstəm, +FOTO=37)

Bakı Musiqi Akademiyasında anım tədbiri keçirildi- (AZpress.AZ-İ.Rüstəm, +FOTO=37)

Bakı Musiqi Akademiyasında anım tədbiri keçirildi- (AZpress.AZ-İ.Rüstəm, +FOTO=37)

 


2021-ci il 27 sentyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında anım tədbiri və BMA-da təhsil almış ll Qarabağ Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi.

 

İlk öncə ll Qarabağ müharibəsində şəhid olan igid döyüşçülırimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Sonra BMA-nın rektoru, Xalq artisti, professor, Fərhad Bədəlbəyli açılış nitqi ilə çıxış edərək, 44 günlük Vətən müharibəsinin şəhidlərini ruhunu andı və igid döyüşçülərimizin qəhrəmanlıqlarından, şücaətindən söz açdı.

 

Beynəlxalq Əlaqələr, Sosial Məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova da II Qarabağ müharibəsində şəhid olan döyüşçülərimizə rəhmət, qazilərimizə can sağlığı dilədi. Y.Axundova BMA-da təhsil alan, ll Qarabağ müharibəsində iştirak etmiş tələbələrə söv verdi. Onlar hər biri döyüş zamanı yaşadıqları dəhşətli anlardan, ölümlə necə üz-üz olduqlarından, döyüşçülərimizin igidliklərinindən, düşmənin acizliyindən və s. müharibə təəssüratlarından bəhs etdilər:
II Qarabağ müharibəsi qazisi, BMA-nın məzunu, beynəlxalq və respublika müsabiqələr laureatı, “Heydər Zirvəsi” medalı, “Cəsur Döyüşçü” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunan Vüqar Məmmədzadənin hazırladığı "Şəhidlərə ithaf" adlı videogörüntü təqdim olundu;

 

II Qarabağ müharibəsi döyüşçüsü, BMA-nın skripka ixtisası üzrə məzunu, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı ilə Döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nəaliyyətlərə görə fəxri fərmanla təltif olunan Əzizağa Quluzadə;

 

II Qarabağ müharibəsi döyüşçüsü, BMA-nın fortepiano ixtisası məzunu, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunan Murad Bayramov;

 

II Qarabağ müharibəsi döyüşçüsü, BMA-nın musiqi müəllimliyi ixtisası üzrə Il kurs tələbəsi, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunan Adil Əmirli "Şəhid yoldaşlarına ithaf" adlı bəstəsini ifa etdi;
II Qarabağ müharibəsi döyüşçüsü, BMA-nın solo oxuma ixtisası üzrə məzunu, beynəlxalq və respublika müsabiqələr laureatı, Gənclər Prezidenti mükafatçısı, Rusiya “Большой Театр»nın Gənclər truppasının solisti, hal-hazırda İtaliyanın Neapol şəhərinin San-Karlo opera balet teatrının gənclər truppasının solisti Cəbrayılın və Xocavəndin azad olunması uğrunda döyüşən Atəş Qarayev musiqisi BMA-nın dosenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova da Vətən müharibəsində həlak olmuş şəhidlərin ruhunu anaraq, sözləri Vahid Əzizə məxsus şəhid Ülvi Hacıyevin xatirəsinə həsr olunmuş "Şəhidlik zirvəsində" əsərini Atəş Qarayevin ifasında videogörüntü ilə tamaşaçılara təqdim etdi.

 

Sonra professor Yeganə Axundovanın müşayiətilə Atəş Qarayev V.Adıgözəlovun "Qərənfil" əsərini ifa etdi.

 

Tədbir tamaşaçıların gurultulu alqışları ilə sona çatdı.

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]