LƏNKƏRANDA ANIM GÜNÜ QEYD OLUNUB -(+FOTO=9, AĞADDİN BABAYEV)

LƏNKƏRANDA ANIM GÜNÜ QEYD OLUNUB -(+FOTO=9, AĞADDİN BABAYEV)

LƏNKƏRANDA ANIM GÜNÜ QEYD OLUNUB -(+FOTO=9, AĞADDİN BABAYEV)

 

Sentyabrın 27-də ölkəmizin hər yerində olduğu kimi Lənkəranda da 44 günlük Vətən Müharibəsinin başlanmasının birinci ildönümünə və şəhidlərin əziz xatirəsinə həsr olunmuş kütləvi anım mərasimləri keçirilib. AZpress.AZ –ın bölgə müxbiri xəbər verir ki, anım mərasimləri əsaslı tikinti-bərpa işlərindən sonra həmin gün yenidən açılan Şəhidlər Xatirə Kompleksinin abidəsi önündən başlanıb.

 

Səhər saatlarından başlayaraq həzin musiqi sədaları altında Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Milli Məclisin deputatı Ziyafət Əsgərov, İcra Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, ictimaiyyət nümayəndələri pandemiya qaydalarına riayət olunmaqla növbə ilə Şəhidlər Xatirə Kompleksi abidəsini ziyarətə gələrək şəhid qəbirləri üzərinə tər çiçəklər düzüb xatirələrini ehtiramla yad ediblər.
İcra başçısı şəhid qəbirlərinin ziyarəti zamanı şəhid valideynləri, ailə üzvləri və övladları ilə görüşüb söhbət edib.

 

Sonra İcra başçısı abidənin açılışı münasibətilə çıxış edib. Çıxışında T,Qaraşov qeyd edib ki, işğal olunmuş torpaqların azad olunması ilə nəticələnmiş 44 günlük Vətən Müharibəsinin başlanmasından artıq bir il ötür. Məhz bir il bundan əvvəl, 2020-ci ilin sentyabrın 27-də rəşadətli Milli Ordumuz Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə əks hucuma keçərək erməni faşist ordusunu darmadağın edib düşmən üzərində misilsiz qələbə çalıb. Müharibə günlərində vətənpərvərlik ruhunun ölkəmizin hər yerində olduğu kimi Lənkəranda da çox yüksək olduğunu bildirən İcra başçısı döyüşlərin başladığı gündən hər bir lənkəranlının müsəlləh əsgərə çevrilərək vətən uğrunda şəhid olmağa hazır olduğunu xüsusi vurğulayıb və müharibənin ilk saatlarındaca yüzlərlə gəncin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə gəlib könüllü olaraq döyüş bölgəsinə göndərilmələrini təkidlə tələb etdiklərinin bunun parlaq nümayişi olduğunu bildirib. Döyüşə gedən gənclərdən 66 nəfərin qəhrəmancasına həlak olduğunu, bir çoxlarının yaralandıqlarını bildirən natiq onların şücaətinin hər bir gənc üşün misilsiz vətənsevərlik nümunəsi olduğunu önə çəkərək torpaqların azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsinin həmişə ehtiramla yad ediləcəyini söyləyib.

 

Natiq şəhərdə şəhidlərin uyuduğu Şəhidlər Xatirə Kompleksi abidəsinin əsaslı şəkildə yenidən qurulmasının, genişləndirilərək ətrafında səliqə-sahmanın yaradılmasının, kompleksin giriş hissəsində bütün şəhidlərin portretləri, ad və soyadları qeyd olunmuş hündür divar lövhənin quraşdırılmasının da bu məqsədə xidmət etdiyini bildirib.

 

Sonra şəhid ataları Kamran Kazımov, Layim Veysəlov, şəhidin həyat yoldaşı Rəna Bayramova, şəhid övladları Emiliya Emil qızı Qurbanova, Rüqəyya Vüsal qızı Quliyeva və digərləri çıxış edib Vətən müharibəsində qəhramancasına həlak olan əzizləri ilə və bütün digər şəhdilərlə qurur duyduqlarını, fəxr etdiklərini bildiriblər. Şəhidlərin vətən qarşısında xidmətlərinin yüksək qiymətləndirilməsinə və şəhid ailələrinə göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər.

 

Məktəblilərin ifasında Vətən müharibəsinə və şəhidlərə həsr olunmuş ədəbi- bədii kompazisiya ifa edilib.

 

İcra başçısı, Milli Məclisin deputatı, İcra Aparatının rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyat nümayəndələri rayonun ayrı-ayrı ərazilərində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət ediblər.

 

Həmin gün məscid və ibaqdətgahlarda şəhidlərin ruhuna dualar və Quran ayələri oxunub, Şəhidlər Xiyabanının genişləndirilmiş ərazisində və Heydər Əliyev prospektində 1000-ə yaxın həmişəyaşıl ağac əkilib.

 

Saat 12-00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bir dəqiqəlik sükut zamanı nəqliyyat vasitələri və sakinlər ehtiram əlaməti olaraq hərəkəti dayandırıblar.
Eyni zamanda Heydər Əliyev Xatirə Parkında və şəhərin digər ərazilərində yerləşən rəqəmsal

 

monitorda Vətən müharibəsi şəhidlərinin şəkillərini, ad və soyadlarını 44 gün ərzində fasiləsiz olaraq nümayiş etdirəcək proqram işə salınıb.

 

Anım günü münasibətilə Heydər Əliyev Mərkəzində, LDU-da, təhsil, səhiyyə, mədəniyyət müəsissələrində və müxtəlif təşkilatlarda silsilə tədbirlər davam etdirilib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]