Şuşa şəhərində Vətən müharibəsinin ildönümü münasibətilə anım tədbiri keçirilib (+FOTO=6, +VİDEO)

Şuşa şəhərində Vətən müharibəsinin ildönümü münasibətilə anım tədbiri keçirilib (+FOTO=6, +VİDEO)

Şuşa şəhərində Vətən müharibəsinin ildönümü münasibətilə anım tədbiri keçirilib (+FOTO=6, +VİDEO)

 

Vətən müharibəsinin ildönümü ilə bağlı Şuşa şəhərində anım tədbiri keçirilib.

 

Anım Günü ilə əlaqədar keçirilən tədbirdə torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin xatirəsinə yaylım atəşi açılıb, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himni ifa olunub.

 

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şərəfli döyüş yolundan, Zəfərin qazanılmasında hərbçilərimizin göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.

 

Mərasimin sonunda Müdafiə Nazirliyinin və Daxili Qoşunların şəxsi heyəti Şuşa şəhərinin mərkəzi küçələrində təntənəli yürüş keçirib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]