Muzeylər üzərindən ərəb sivilizasiyasının müxtəlifliyi mövzusunda onlayn konfrans +FOTO=13

“Muzeylər üzərindən ərəb sivilizasiyasının müxtəlifliyi” mövzusunda onlayn konfrans +FOTO=13

“Muzeylər üzərindən ərəb sivilizasiyasının müxtəlifliyi” mövzusunda onlayn konfrans +FOTO=13

 

Beynəlxalq Muzeylər Şurasının (İCOM) builki “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” devizinə uyğun olaraq sentyabrın 27-də beynəlxalq onlayn video konfrans keçirilmişdir. Konfransın “Muzeylər üzərindən ərəb sivilizasiyasının müxtəlifliyi” mövzusunda sessiyasına fəxri qonaq kimi qatılan Azərbaycan Milli Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova “Qarabağ nümunəsində müharibə və hərbi toqquşmalar zamanı tarixi və mədəni abidələrin, muzeylərin məhvi”adlı məruzə ilə çıxış edib.

 

Qeyd olunmuşdur ki, konfliktlər dövründə dünyanın tarixi və mədəni abidələrinin məhvi, qəsdən dağıdılması beynəlxalq hüquqa açıq hörmətsizlik, YUNESKO, Haaqa və Avropa Şurası konvensiyalarına zidd və bəşəriyyətə qarşı törədilən ən böyük vəhşilikdir. Beynəlxalq qurumların mədəni sərvətlərin məhv edilməsinin qarşısını almaq üçün real təsir mexanizmlərinin olmaması da çox narahatedicidir ki, bu, özünü Qarabağ müharibəsi dövründə bariz şəkildə göstərdi. Şirin Məlikova 30 illik işğal dövründə Qarabağın mədəni sərvətlərinin ardıcıl şəkildə məhv edildiyini bildirərək dağıdılmış abidələrin, muzeylərin, kitabxanaların, teatrların işğaldan sonra çəkilmiş fotolarını nümayiş etdirmişdir. Evakuasiya etmək mümkün olmadığı üçün 22 muzeyə aid minlərlə eksponatın taleyinin naməlum olduğunu, məscidlərin dağıdılması ilə Azərbaycan xalqının dini inanclarının təhqir edildiyini, qədim Alban abidələrinin saxtalaşdırıldığını, qanunsuz aparılmış arxeoloji qazıntıları və digər mühüm məsələləri konfrans iştirakçılarının nəzərinə çatdırmışdır. O, həmçinin azad olunmuş ərazilərdə qısa zaman ərzində aparılan bərpa işləri haqqında danışmış, yenidən rekonstruksiya edilmiş tarixi memarlıq abidələrinin fotolarını sessiya iştirakçılarının diqqətinə təqdim etmişdir.

 

Qeyd edək ki, İCOM Birləşmiş Ərəb Əmirlikləri Komitəsinin direktoru Əssam Əl-Nəcdinin moderatorluğu ilə baş tutan sessiyada İCOM Ərəb Ölkələri Regional İttifaqının vitse -prezidenti Eç Çerki Dahmalı, İCOM Asiya-Sakit Okean İttifaqının idarə heyətinin üzvü, İCOM “Ailə forumu”nun yaradıcısı, İVCOM-un təsisçilərindən Məhəmməd Axtər Caved, İCOM Birləşmiş Ərəb Əmirlikləri Komitəsinin prezidenti Rəşad Buxaş salamlama və açılış nitqi ilə çıxış ediblər. Daha sonra Sivilizasiyalar Qovşağı Muzeyinin yaradıcısı və direktoru Əhməd Əl-Mənsuri (Dubay), Saadabad Mədəni və Tarixi Kompleksinin tədqiqatçı eksperti Sara Kəriman, sərgilər və kolleksiyalar üzrə menecer Fərhad Əl-Həsəni (Oman, Zübeyir Muzeyi), Acman Memarlıq, İncəsənət və Dizayn Kollecinin dosenti Qamal Əl-Samanudi (BƏƏ) tərəfindən məruzələr iştirakçılara təqdim olunub.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]