27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşında bir yumruq kimi birləşdiyimiz gün olaraq qaldı +FOTO

27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşında bir yumruq kimi birləşdiyimiz gün olaraq qaldı +FOTO

27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşında bir yumruq kimi birləşdiyimiz gün olaraq qaldı +FOTO

 

27 sentyabr ermənilərə verilmiş tarixi dərsin başlandığı gündür

 

Ermənilərə verilmiş tarixi dərsin başlandığı gün

 

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur.

 

27 sentyabr 2020-ci il tarixi 30 ilə yaxın davam edən işğala son qoyulan, eyni zamanda 200 ilə yaxın dövrdə azərbaycanlılara qarşı tarixin müxtəlif dövrlərində vəhşiliklər törədən ermənilərə verilmiş tarixi dərsin başlandığı gündür. Bu gün həm də xalqımızın yaddaşında bir yumruq kimi birləşdiyimiz gün olaraq qalmaqdadır.

 

Haqq və şərəf işimiz olan Vətən müharibəsi ilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu öz əzəli və əbədi torpaqlarını işğaldan azad etdi. 44 gün ərzində düşmən və onun havadarları ilə mübarizə hər cəbhədə davam etdi.

 

Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi. Bu müddət ərzində ümumilikdə, 5 şəhər, 4 qəsəbə, 286 kənd, çox sayda strateji yüksəkliklər geri qaytarıldı.

 

Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Bundan sonra Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı.

 

Vətən müharibəsi dünya hərb tarixi üçün də yeni səhifə oldu. Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qələbəsi ermənilərin öz orduları haqqında yaratdıqları mifi dağıtmaqla yanaşı, dünya hərb siyasətində də gedişatı dəyişdi. Azərbaycan dövləti, xalqı, ordusu dünyaya sübut etdi ki, o, özünü, sərhədlərini, ərazi bütövlüyünü qorumağa qadirdir və heç bir qüvvə onun iradəsinə qarşı gələ, onu susdura bilməz.

 

Bu gün Azərbaycan xalqı və dövləti 44 günlük müharibədə nümayiş etdirdiyi əzmlə, qətiyyətlə işğaldan azad edilmiş ərazilərimizi bərpa edir, yenidən qurur və bütün bunları öz gücü, iqtisadi imkanları hesabına reallaşdırır. Ermənistan tərəfindən viran edilmiş Azərbaycan torpaqları yenidən çiçəklənir, erməni vandallarının dağıtdığı abidələrimiz, mədəni irsimiz bərpa olunur.

 

Azərbaycanın bu tarixi qələbəsi qəhrəman şəhidlərimizin qanı bahasına əldə olundu. Azərbaycan dövləti və Azərbaycan xalqı müqəddəs Şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutacaq və yaşadacaq.

Şuşa Humanitar Kollecinin laborant-operatoru Zülfiyyə Səmədli

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]