Tarix yazan igidlərimiz- MASALLIDA TƏDBİR- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=7)

Tarix yazan igidlərimiz- MASALLIDA TƏDBİR- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=7)

Tarix yazan igidlərimiz- MASALLIDA TƏDBİR- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=7)

 

 

 

Dünən, sentyabırın 28-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsinin ilk ildönümü ilə əlaqədar “Tarix yazan igidlərimiz” başlığı altında növbəti dəyirmi masa keçirilib. Tədbirdə müharibə iştirakçısı və mədəniyyət işçiləri iştirak edib.

 

İlk öncə, torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Əntiqə Tağıyeva bir il öncə 2020-ci ilin sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, torpaqlarımızı işğaldan azad etmək məqsədilə Vətən müharibəsinə başlanılması və sonrakı proseslər barədə fikirlərini ifadə edib. Belə ki, o, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan döyüş əməliyyatlarında qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə ruh yüksəkliyi ilə çalışan mülki vətəndaşlarımız, bütövlükdə xalqımızın əzm və iradə ilə, bir yumruq kimi birlik və həmrəylik göstərərək, düşmənə sarsıdıcı zərbələrin endirilməsindən bəhs edib.

 

Sonra Vətən müharibəsi qazisi, hazırda mədəniyyət sahəsində fəaliyyət göstərən Orxan Əlirzayev çıxışında vətənin ağır günündə könüllü olaraq döyüşlərə qatılmağı özünə borc sayıb və bu şərəfli missiyanın məsuliyyətini hər an hiss etdiyini deyib. O, eyni zamanda cəbhə yoldaşları ilə bağlı xatirələrini yada salıb, ordumuzun əməliyyatlardakı hərbi uğurlarını fəxarət hissi ilə nəql edib.
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Çingiz Quliyev və Masallı Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsini icra edən Təhmasib Məcidov isə qazanılmış böyük hərbi-siyasi nailiyyət, şəhidlərin və müharibə iştirakçılarının ibrətli döyüş yolu, onlara göstərilən dövlət qayğısı və digər məsələlər barədə fikirlərini bildiriblər.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]