Yardımlı rayonunda Anım Günü tədbirləri keçirilib- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=12)

Yardımlı rayonunda Anım Günü tədbirləri keçirilib- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=12)

Yardımlı rayonunda Anım Günü tədbirləri keçirilib- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=12)

 

 

 

Sentyabrın 27-də Yardımlı rayonunun mədəniyyət işçiləri Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar rayon mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş vətən oğullarının məzarı önünə gül dəstələri qoyublar.
Sonra Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində dəyirmi masa təşkil olunub. Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev məruzə ilə çıxış edib. O, çıxışında Azərbaycan xalqının Vətən müharibəsinin davam etdiyi dövrdə göstərdiyi həmrəylik, Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasi manevrləri və ordumuzun misilsiz rəşadəti nəticəsində qazanılmış tarixi Qələbə barədə ətraflı məlumat verib.

 

Sonra mövzu ilə əlaqədar Yardımlı rayon Mərkəzi Kitabxanasının direktoru Rahim Səfərov, Yardımlı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əli İsgəndərov çıxış ediblər.

 

Çıxışlardan sonra müəssisə rəhbərləri və mədəniyyət işçilərinin iştirakı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş leytenant Tural Elşən oğlu Aslanov və gizir Cavid Əlikömək oğlu Sarhatovun məzarı ziyarət olunub, mərhumların ruhuna dualar oxunub.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]