Uşaq musiqi və incəsənət məktəblərinin direktorları pedaqoji kollektivlərə təqdim olunub- Masallıda (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=8)

Uşaq musiqi və incəsənət məktəblərinin direktorları pedaqoji kollektivlərə təqdim olunub- Masallıda (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=8)

Uşaq musiqi və incəsənət məktəblərinin direktorları pedaqoji kollektivlərə təqdim olunub- Masallıda  (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=8)

 

 

 

Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərindəki rəhbər vəzifələrə yeni təyinatlar olub. Belə ki, İdarənin müvafiq əmrinə əsasən Fərhad İlqar oğlu Qurbanov Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin, Azər Ağamusa oğlu Əhədzadə isə Cəlilabad şəhər Uşaq İncəsənət Məktəbinin direktoru vəzifələrinə təyin olunublar.

 

Dünən, sentyabrın 29-da İdarə rəhbərliyinin iştirakı ilə yeni direktorlar sözügedən təhsil müəssisələrinin pedaqoji kollektivlərinə təqdim olunub.

 

Tədbir Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik ehtiramla yad edilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən İdarə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov əvvəlcə yeni tədris ilinin başlanması münasibətilə təhsil müəssisələrinin müəllim və şagirdlərini, eləcə də məktəblərin yeni rəhbərlərini təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıb.

 

Sonra B.Qılıncov Nazirlik sistemində aparılan islahatlar və optimallaşdırma tədbirləri, müvafiq sahə üzrə yeni çağırışlar, prioritet vəzifələr barədə danışıb, yeni hədəflərlə bağlı düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb.

 

Daha sonra təhsil müəssisələrinin yeni rəhbərləri göstərilən etimada görə İdarə rəhbərliyinəminnətdarlıq edib, onlara bəslənən inamı doğruldacaqlarını bildiriblər.

 

Tədbir təhsil müəssisələrinin fəaliyyəti, əldə olunan uğurlar və çatışmazlıqların, həmçinin digər məsələlərin müzakirəsindən sonra yekunlaşıb.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 DİGƏR XƏBƏRLƏR:........... 

  

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]