Şanlı Vətən müharibəsi! mövzusunda onlayn konfrans keçirilib +FOTO=11

“Şanlı Vətən müharibəsi!” mövzusunda onlayn konfrans keçirilib +FOTO=11

“Şanlı Vətən müharibəsi!” mövzusunda onlayn konfrans keçirilib  +FOTO=11

 

Milli QHT Forumunun təşəbbüsü ilə 28 sentyabr 2021-ci il tarixində İkinci Qarabağ Müharibəsinin ildönümü ilə əlaqədar “Şanlı Vətən müharibəsi!” mövzusunda müharibədə şəhid olmuş igidlərin əziz xatirəsinə həsr olunmuş onlayn video konfrans keçirilmişdir. Konfransda QHT və KİV nümayəndələri, “MQF Könüllülər” İctimai Birliyinin könüllüləri iştirak etmişdir. MQF-nin prezidenti Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq şəhidlərin əziz xatirəsini yad edərək Allahdan rəhmət diləyib və şəhidlərə həsr olunmuş konfransı açıq elan edib. Daha sonra Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı “Dəmir Yumruq” əməliyyatından və rəşadətindən bəhs edib. Bütün Azərbaycan xalqının həmrəylik, birlik nümayiş etdirərək bir yumruq kimi birləşməsi, milli ruh, vətənpərvərlik hisslərinin yüksəldiyi bir dövr olduğunu iştirakçıların diqqətinə çatdırıb.

 

Konfrans müddətində bir sıra QHT nümayəndələri – Tələt Qəribov, Əhməd Abbasbəyli, İlham İsmayılov, İradə Rizadadə, Mehdi Mehdiyev, İlham İsmayılov, Qəmzə Yusubova, Nərmin Kərimova, Azad Şükürov, Qorxmaz İbrahimli, Eynulla Xeyrullayev, Ramil Əliyev, İndira Şəmsivari, Vüsalə Qələndərli çıxış edib, Vətən Müharibəsi ilə əlaqədar öz dəyərli fikirlərini bildirib və təkliflərini verib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]