Vətən Müharibəsi şəhidi, baş gizir İntiqam Abbasovun anım mərasimi- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=13)

Vətən Müharibəsi şəhidi, baş gizir İntiqam Abbasovun anım mərasimi- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=13)

Vətən Müharibəsi şəhidi, baş gizir İntiqam Abbasovun anım mərasimi- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=13)

 

 

MASALLIDA TƏDBİR

Masallının Köçəkli kəndində Vətən müharibəsinin şəhidi, baş gizir İntiqam Abbasovun ildönümü ilə bağlı anım mərasimi keçirilib.

 

Dünən, 29 Sentyabr 2021-ci il tarixdə Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş baş gizir İntiqam Abbasovun birinci ildönümü ilə bağlı anım mərasimi şəhidin anadan olduğu Köçəkli kəndində baş tutub. O, 1978-ci il sentyabrın 21-də həmin kənddə anadan olmuş, burada böyümüş, orta təhsil almışdır. İntiqam məktəbdə xüsusən riyaziyyat fənnini yaxşı bilməsi ilə seçilmişdir...

 

Müəllimləri, yaxınları, dostları İntiqamın riyaziyyat müəllimi olacağını düşünsələr də, o öz taleyini hərbi işə bağladı.

 

Ailədə 4 qardaşdan biri olan İntiqam 1985-ci ildə Sədrəddin Rəhimov adına tam orta məktəbin 1-ci sinfinə gedib və 1996-cı ildə həmin məktəbi uğurla bitirib.

 

1996-cı ildə hərbi xidmətə yollanan qəhrəmanımız 1999-cu ildə xidmətini başa vurub.

 

İ.Abbasov əsgərlikdən sonra birillik hərbi kursda oxudu, müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib.
Uşaqlıqdan hərbiyə maraq bəslədiyi üçün 2000-ci ildən Naxçıvan Muxtar Respublikasında «N» saylı hərbi hissəsində gizir və tank komandiri olaraq işə başlayır.

 

Aprel döyüşlərində də böyük şücaət göstərib. Uğurları, nailiyyətləri nəticəsində 2017-ci ildə baş gizir rütbəsini alıb. Dəfələrlə diplomlar, fəxri fərmanlar və medallarla təltif edilib.
İntiqam ailəli idi. 2000-ci ildə ailə həyatı qurub.

 

Bir oğlu və bir qızı ondan yadigar qaldı...
O, sentyabrın 29-da Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

"Şəhidlər ölməz, Vətən bölünməz!”, "Qarabağ Azərbaycandır!” nidaları altında şəhidin böyük izdihamla keçirilən dəfn mərasimində tabutun büküldüyü bayraq Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tərəfindən oğlu Əli Abbasova təqdim edilmiş və o da müqəddəs bayrağı öpərək gözlərinin üstünə qoymuşdur.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Masallı rayonunun Köçəkli kəndindən olan Vətən müharibəsinin şəhidi baş gizir İntiqam Yavər oğlu Abbasov ölümündən sonra «Vətən uğrunda», «Hərbi xidmətlərə görə» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.

 

Qeyd edək ki, kənd məscidində keçirilən anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müəssisə və təşkilatlar və s. iştirak ediblər.

 

İcra başçısı qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti və tapşırığı sayəsində şəhid ailələri dövlət qayğısı ilə əhatə olunublar. Məhz bu gün ölkə rəhbərliyi tərəfindən aparılan siyasət şəhidlərimizə, Vətən Müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə və əbədi yaddaşımızda yaşayacaqlar...
Anım mərasimində 44 günlük Vətən müharibəsində və Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhuna dualar oxunub, onlara Allahdan rəhmət dilənib.

 

İl mərasimin axırında Köçəkli kənd qəbiristanında uyuyan şəhid baş gizir İntiqam Abbasovun məzarı ziyarət olunub, «Yasin» surəsi oxunub.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]