Masallı məzunları Prezident təqaüdünə layiq görülüb- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=2)

Masallı məzunları Prezident təqaüdünə layiq görülüb- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=2)

Masallı məzunları Prezident təqaüdünə layiq görülüb- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=2)

 

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 sentyabr tarixli Sərəncamı ilə təltif olunanlar arasında Masallı rayonunun ümumtəhsil məktəblərinin iki məzunu Nəzrin Elçin qızı Həmzalı və Kamran Teymur oğlu Mustafayevin də adları var.

 

Qeyd edək ki, Masallı şəhər İsbəndiyar Zülalov adına 5 nömrəli tam orta məktəbin məzunu Nəzrin Elçin qızı Həmzalı IV ixtisas qrupu üzrə 678,7 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb fakultəsinə (müalicə işi), Köçəkli kənd tam orta məktəbin məzunu Kamran Teymur oğlu Mustafayev isə II ixtisas qrupu üzrə 670,7 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə işi fakultəsinə (İngilis dilində) daxil olmuşdur.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 

 

 DİGƏR XƏBƏRLƏR:........... 

  

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]