Ağcabədidə Vətən müharibəsi şəhidi Anar Cəfərovun anım mərasimi keçirilib- (AZpressAZ -Mais İbrahimov +FOTO=6)

Ağcabədidə Vətən müharibəsi şəhidi Anar Cəfərovun anım mərasimi keçirilib- (AZpressAZ -Mais İbrahimov +FOTO=6)

Ağcabədidə Vətən müharibəsi şəhidi Anar Cəfərovun anım mərasimi keçirilib- (AZpressAZ -Mais İbrahimov +FOTO=6)

 

4 oktyabr 2021- ci ildə 44 günlük Vətən müharibəsində şəhid olan Anar Eyvaz oğlu Cəfərovun anım günüdür.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində şəhidin ailə üzvüləri, yaxınları, rayon rəsmiləri, yerli sakinlər, hərbiçi yoldaşları və şəhid valideyinləri iştirak ediblər.

 

Cəfərov Anar Eyvaz oğlu 19 dekabr 1977-ci ildə Ağcabədi şəhərində anadan olub. 1984-cü ildə 7 saylı şəhər tam orta məktəbin1-ci sinfinə gedib. Burada ikinci sinfi bitirəndən sonra təhsilini şəhər 12 saylı tam orta məktəbdə davam etdirib. Bu məktəbi qurtarandan sonra peşə məktəbində sürücülük peşəsinə yiyələnib. Xeyli vaxt sürücü işləyib və şəxsi təsərrüfatla məşğul olub. Ordu sıralarında hərbi xidmətdə olub.

 

Müddətdən artıq hərbi xidmətdə gizir kimi qulluq edib. Xüsusi hərbi kurs bitirərək Həlmə Taborunda həlmə bölüyünün baş tuşlayıcı minaatan təyin edilib. Mingəçevir şəhərində “N” saylı hərbi hissədə xidmətdə olub. 20 yanvar 2017-ci ildən Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə tuşlayıcı minaatan kimi fəaliyyət göstərib. Müharibənin ilk günündən, 27 sentyabr 2020-ci ildən ön cəbhədə olub. Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə xeyli sayda erməni məhv edən Anar özü də qəhrəmancasına şəhid olub. O,Ağcabədi Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

 

Onu da qeyd edək ki, Anar Cəfərov ölümündən sonra "Vətən uğrunda" "Suqovuşanın azad olunmasına görə" "Cəsur döyüşçü" medalları ilə təltif edilib. Onun iki oğul övladı, 11 yaşlı Rəhman və atasının adını qoyduğu 7 yaşlı Eyvaz bizlərə əmanət qalıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]