SÜRÜŞMƏLƏRİN QARŞISININ ALINMASI ÜÇÜN QABAQLAYICI TƏDBİRLƏRİN GÖRÜLMƏSİ VACİBDİR +FOTO

SÜRÜŞMƏLƏRİN QARŞISININ ALINMASI ÜÇÜN QABAQLAYICI TƏDBİRLƏRİN GÖRÜLMƏSİ VACİBDİR +FOTO

SÜRÜŞMƏLƏRİN QARŞISININ ALINMASI ÜÇÜN QABAQLAYICI TƏDBİRLƏRİN GÖRÜLMƏSİ VACİBDİR +FOTO

 

 

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, dosent Mirnuh İsmayılov ARB 24 televiziya kanalına Bayıl aktiv sürüşmə zonasında gözlənilən sürüşmələrin baş verməsinin qarşısını almaq üçün aparılan qabaqlayıcı tədbirlərlə bağlı müsahibə verib.

 

Məsələyə aydınlıq gətirən alim bildirib ki, payız-qış aylarında yağıntılar zamanı sürüşməni aktivləşdirən yeraltı suların çıxması üçün süxurlararası istinad divarları arasında drenaj sistemi qurulur ki, bu da gələcəkdə baş verə biləcək sürüşmələrin idarə olunması üçün əhəmiyyətli qabaqlayıcı tədbir rolunu oynayır. Bu təbiət hadisəsinin qarşısının alınması üçün həmin tədbirin fəal olaraq həyata keçirilməsi vacibdir.

 

Bu yay havaların həddən artıq isti keçməsi ilə əlaqədar Azərbaycanın bir sıra ərazilərində sürüşmələrin əmələ gəlməsinin gözlənilən olduğunu deyən alim, bunu istinin təsirindən süxurlarda çatların yaranması, yağıntılar zamanı həmin çatlara suların yığılmasına görə yeraltı suların aktivləşməsi ilə əlaqələndirib. M.İsmayılov tədqiqatlar zamanı Lahıc zonası, Şamaxı ərazisi, Talış dağlarının orta dağlıq hissəsi, Cəlilabaddan Yardımlıya çəkilən yeni yol ərazisi və sairdə belə çatlara kifayət qədər rast gəldiyini qeyd edib. Bakı ərazisində Yeni Günəşlinin Zığ tərəfə baxan yamacının sürüşmə baxımından çox təhlükəli olduğunu vurğulayıb. Hətta asfalt üzərində aydın görünən çatlar burada sürüşmənin baş verə biləcəyindən xəbər verir. Amma nə üçünsə, ətrafda tikinti aparılmasına baxmayaraq nə icra, nə də digər əlaqədar qurumların nümayəndələri həmin fəsadları görsələr də uyqun tədbirlər aparılmır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]