BİR İL DƏ BELƏ KEÇDİ... (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=3)

BİR İL DƏ BELƏ KEÇDİ... (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=3)

BİR İL DƏ BELƏ KEÇDİ... (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=3)


Masallı rayonunun Mahmudavar kəndində şəhid baş çavuş Nayıb Qasımovun il mərasimi

 

6 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun Mahmudavar kənində 44 günlük Vətən müharibəsinin şəhid baş çavuşu Nayıb Akif oğlu Qasımovun anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, və s. iştirak ediblər.

 

Şəhid baş çavuş Nayıb Qasımov 12 iyun 1997-ci ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olmuşdur.

 

2014-cü ildə Mahmudavar kənd tam orta məktəbini bitirib. 2015-ci ilin iyul ayının 13-ü həqiqi hərbi xidmətə yollanıb.

 

2015-2017 -ci illərdə Xüsusi Təyinatlı Qüvvələrdə müddətli əsgər kimi xidmət edir.

 

2016-cı ildə müddətli əsgər kimi Aprel döyüşlərində iştirak edir.

 

2017-ci ildə müddətli hərbi xidməti başa vuraraq könüllü ordu sıralarında qalır. 3 aylıq kurs keçir və Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət etməyə başlayır. Xidməti boyunca bir neçə dəfə nümunəvi xidmətinə görə fəxri fərmanlarla təltif olunur.

 

2018-ci ildə döyüş hazırlığında uğurlar qazandığı, Azərbaycan Ordusunun qurulmasında və möhkəmləndirilməsində fəal iştirak etdiyinə görə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunur.

 

2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan—Azərbaycan dövlət sərhədinin Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca başlayan, Tovuz döyüşləri kimi tanınan döyüşlərdə iştirak etmişdir.

 

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Baş çavuşu olan Qasımovun son döyüşləri məhz 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində olur. Nayib Qasımov Cəbrayıl uğrunda döyüşlərdə şəhid olur.

 

6 oktyabr 2021-ci il tarixində doğulub boya-başa çatdığı Masallı rayonunun Mahmudavar kəndində dəfn olunub.

 

Masallı rayonunun Mahmudavar kəndindən olan Vətən müharibəsinin şəhid baş çavuşu Nayıb Qasımov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra «Vətən uğrunda», «Cəbrayılın azad olunmasına görə» və «Hərbi xidmətlərə görə» medalları ilə təltif edilmişdir.

 

Şəhid 5 oktyabr 2020-ci il tarixdə Mahmudavar kənd qəbiristanlığında torpağa tapşırılıb.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]