Ömrü yarımçıq qalan məktəbli Fəridin il mərasimi keçirilmişdir - (AZpressAZ -Mais İbrahimov +FOTO=20)

Ömrü yarımçıq qalan məktəbli Fəridin il mərasimi keçirilmişdir - (AZpressAZ -Mais İbrahimov +FOTO=20)

Ömrü yarımçıq qalan məktəbli Fəridin il mərasimi keçirilmişdir - (AZpressAZ -Mais İbrahimov +FOTO=20)

 

27 sentyabr 2020- ci ildə başlayan Vətən müharibəsində düşmənin dinc əhalini atəşə tutması nəticəsində 4 oktyabr 2020 - ci ildə kafeyə düşən mərmi məktəbli Fərid Dilafət oğlu İsgəndərovun həyatına son qoydu..

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Fərid Dilafət oğlu İsgəndərov 11 avqust 2006-cı il tarixdə Ağcabədinin Taynaq kəndində dünyaya göz açıb. 2012-ci ildə Rabil Quliyev adına Taynaq kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. Çox vətənpərvər, mehriban, ünsiyyətcil olan Fərid Vətən müharibəsi başlananda 9-cu sinifdə oxuyurdu. Düşmən öz xislətindən əl çəkmir, dinc əhalini də atəşə tuturdu. Belə atəş zamanı dinc həyatla məşğul olan Fərid də yanında düşən mərminin qurbanı oldu. Ömrün yeniyetmə çağında həyatla vidalaşıb şəhidlik zirvəsinə ucaldı.

 

Taynaq kəndində şəhid məktəbli Fərid İsgəndərovun il mərasimi keçirildi. Fəridin əziz xatirəsi müəllimləri və sinif yoldaşları tərəfindən oxuduğu sinifdədə anıldı. Onun, həm sinif rəhbəri, həm də tarix müəllimi olan Tapdıq müəllim Fərid haqqında xatirələrini bölüşdü. Fəridin vaxtı ilə oxuduğu məktəbin müəllim kollektivi və sinif yoldaşları onun kənd qəbristanlığındakı məzarını ziyarət edərək, məzarı önünə əklil qoymuş və tər gül dəstələri düzmüşlər. Onlar Fəridin xatirəsini yad edərək, ruhuna dualar oxumuşlar.

 

Sonra müəllim və sinif yoldaşları Fəridgilin evlərinə gedərək, onun valideynləri ilə görüşüb, xatirələrini bölüşmüşlər. Mərasiminə gələn sinif yoldaşları Fəridin atası Dilafət, anası Rahilə və bacıları ilə Fərid haqqında xatirələrini danışmışlar.

Mais Amin AZpress.AZ Ağcabədi.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]