Gənclər Fondunun dəstəyi ilə "Gəncliyə Dəstək" İB layihə çərçivəsində ilk təlim həyata keçirildi +FOTO=8

Gənclər Fondunun dəstəyi ilə "Gəncliyə Dəstək" İB layihə çərçivəsində ilk təlim həyata keçirildi +FOTO=8

Gənclər Fondunun dəstəyi ilə "Gəncliyə Dəstək" İB layihə çərçivəsində ilk təlim həyata keçirildi +FOTO=8

 

“Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region könüllüləri hərəkatında yeni mərhələ” layihəsinin icrasına başlamağı nəzərdə tutur. Layihənin icra müddəti 15.09.2021-ci il tarixdən başlanır və 3 ay davam edəcəkdir.

 

Layihənin məqsədi region və kəndli gəncləri kütləvi olaraq könüllülük hərəkatına və ictimai fəaliyyətə cəlb etməklə onların fərdi inkişafına təkan vermək və onlarda sosial məsuliyyət hissini artırmaqdan ibarətdir. Eyni zamanda sosialyönümlü könüllülüyü təbliğ etmək və bu istiqamətdə inkişaf əldə etməkdən ibarətdir

 

Bu məqsədlə 4-ü Zərdab, 1-i Ağcabədi və 1-i Ucar olmaqla təlimlərin və Zərdabda Praktiki Fəaliyyət olaraq tənha və ahıllarla görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.

 

Fəaliyyət planında nəzərdə tutulduğu kimi 10 oktyabr 2021-ci ildə Zərdabda 12 nəfər gənclə bərabər ilk təlim həyata keçirildi. Təlimdə Ağcabədi Gənclərin İnkişaf və Karyera Mərkəzinin sədri Fuad Əliyev, Zərdab rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov qonaq kimi iştirak edib.
İlk öncə təşkilatın sədri Vəfa Xəlilli tədbiri açıq elan etdi və Azərbaycan Gənclər Fondu, təşkilat və layihə haqqında məlumat verdi. Sonra təlimdə iştirak edən Ağcabədi GİKM sədri Fuad Əliyev Könüllülük haqqında məlumat verdi və gənclərin sosial xidmət sahəsində könüllülük fəaliyyətlərinə təşviq olunması üçün həyata keçirilən bu kimi tədbirlərin və layihələrin təqdirəlayiq olduğunu bildirdi.
Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov könüllü fəaliyyət haqqında gənclərə məlumat verərək təşkilatın işinə uğurlar arzu etdi və gəncləri könüllü fəaliyyətdə aktiv görmək istədiyini bildirdi.

 

Təşkilatın sədr müavini Eldar Xəlilov sosial könüllülük istiqamətində gəncləri məlumatlandırdı. Eyni zmanada təşkilatın İdarə heyətinin üzvü Şəhriyar Şükürzadə “Könüllü fəaliyyət haqqında qanun”u gənclərin nəzərinə çatdırdı.

 

Təlim zamanı gənclərə materiallar (dəftər, qələm, papka, buklet və köynək) paylanıldı. Çay süfrəsi zamanı bu istiqamətdə diskussiya aparıldı.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]