Heydər Əliyev Sarayı İkinci Azərbaycan beynəlxalq vokalçılar festivalını təqdim edəcək

Heydər Əliyev Sarayı İkinci Azərbaycan beynəlxalq vokalçılar festivalını təqdim edəcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə 15-20 oktyabr 2021-ci il tarixlərində “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı”nı keçiriləcək. Layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Ramil Qasımov festivalın keçirilməsinin əsas məqsədinin Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılması olduğunu bildirib: “Birinci festivaldan fərqli olaraq, bu ilki festival beynəlxalq status daşıyır və daha genişmiqyaslıdır. Çünki bu festivalda ən məşhur musiqiçilər və kollektivlər iştirak edəcəklər. İnanıram ki, “II Azərbaycan Beynəlxalq Vokalçıları Festivalı” maraqla qarşılanacaq, əsl musiqi bayramına çevriləcək və yaddaşlara həkk olunacaq”.


Festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkəmizin öncül musiqi kollektivlərinin müşayiətilə tanınmış Azərbaycan və xarici vokalçıların, eləcə də, istedadlı gənclərin ifasında təqdim olunacaq. Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası və Gəncə Dövlət Filarmoniyasında  bir-birindən maraqlı konsertlər, musiqili tamaşalar, romanslar, təqdimatlar, elmi-praktiki konfraslar, master-klasslar (ustad dərsləri) və s. təqdim olunacaqdır. Konsert proqramlarında dünya şöhrətli bəstəkarlar Ü.Hacıbəyli, Fikrət Əmirov, Niyazi, Müslüm Maqomayev, C.Verdi, Mozart, C.Puççini, A.Vivaldi, C.Bononçini, G.Hendel, K.Glük, A.Skarlatti, A.Monteverdi, C.Perqolezi və başqalarının əsərləri səsləndiriləcək.


Festivalın təntənəli açılışı oktyabrın 15-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında baş tutacaq. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşaiyətilə keçiriləcək tədbirin dirijoru, Əməkdar artist Əyyub Quliyevdir. Barokko musiqisi axşamında Respublikanın Xalq artistləri Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər Ramil Qasımov, Fəridə Məmmədova, İnarə Babayeva, Səbinə Əsədova və İlham Nəzərov çıxış edəcəklər.
Sizlərə festivalın proqramını təqdim edirik:
 

15 oktyabr:
 

10:00 - Fəxri Xiyaban. Əbədiyaşarlara ziyarət
 

12:00 - Heydər Əliyev Sarayı - Dünya Vokal İfaçılığı və Onun Əsasları elmi-praktiki konfrans
 

19:00 - Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalı – Barokko musiqisi axşamı
 

16 oktyabr:
 

12:00 - Azərbaycan Milli Konservatoriyası - Klassik Milli Vokal Ifaçılığı
 

16:00 - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası - "100 ilin sərvəti" Bakı Musiqi Akademiyasının 100 illiyinə ithaf
 

19:00 - Azərbaycan Dövlət Opera və Balet Teatrı - Arşın mal alan
 

17 oktyabr:
 

12:00 - Beynəlxalq Muğam Mərkəzi - Bizidə tanıyın
 

19:00 - Beynəlxalq Muğam Mərkəzi - Nizaminin sözlərinə yazılmış romanslar
 

18 oktyabr:
 

12:00 - Gəncə Dövlət Filarmoniyası - Gəncədən Bakıya
 

19:00 - Azərbaycan Dövlət Akademik Musiqili Teatrı - Azərbaycan operetta inciləri
 

20:00 - Azərbaycan Dövlət Akademik Filatmoniyası - Azərbaycan Dövlət Kapellasının konserti
 

19 oktyabr:
 

12:00 - Beynəlxalq Muğam Mərkəzi - Rəşid Behbudov repertuarından incilər
 

19:00 - Heydər Əliyev Sarayı - Vokal Inciləri kitabının təqdimat mərasimi
20 oktyabr:


19:00 - Heydər Əliyev Sarayı - Azərbaycan Vokalçıları Festivalının Təntənəli bağlanış mərasimi
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]