Yazıçının valideynlərilə görüşü təmin edildi

Yazıçının valideynlərilə görüşü təmin edildi

Yazıçının valideynlərilə görüşü təmin edildi 

 

Maştağadakı Narkoloji Dispanserdə məcburi müalicəyə cəlb edilən yazıçı Kəramət Böyükçölün ailə üzvlərilə görüşünə şərait yaradılıb.

 

Bu barədə görüşdə iştirak etmiş ictimai fəal Rüfət Səfərov bildirib:


“Dünən məni, Kəramətin atası Qəşəm müəllimi və anası Tabəs xanımı dispanserin baş direktoru Orxan həkim qəbul etdi. Dispanserə yollanmazdan əvvəl Kəraməti ora aparan səlahiyyət sahibləri ilə danışıldı, israr edildi ki, görüş təmin edilsin. Şükürlər olsun ki, təmin olundu. Orxan həkim Kəraməti kabinetinə gətizdirdi. Kəraməti çox aciz, ruhsuz, kefsiz və çarəsiz gördüm. Aclıq aksiyasına başlamışdı. Təkid edirdi ki, onu dispanserdən çıxaraq. Dərmanlar Kəraməti keyləşdirmişdi”.

 

Rüfət Səfərov deyib ki, Kəramət Böyükçöl israrla dispanserdən çıxarılmasını xahiş edib. Amma ailə üzvləri qalıb müalicə olunmasının vacibliyini bildiriblər:

 

“Çünki mütləq qalmalı, zəruri müalicə kursu keçməlidir, yoxsa, iraq olsun, ölə bilər. İnsafən, oradakı şərait belədir: təmirli, gündə 3 dəfə yemək, başqalarına deyə bilmərəm, amma Kəramətə pulsuz dava-dərman, yüksək qayğı. Eyni zamanda, baş direktor inam ifadə etdi ki, 21 gün ərzində müalicə bitəcək, Kəramətin sağlamlığı üçün əllərindən gələni edəcəklər, çünki məsələ ən yüksək səviyyədə nəzarət altındadır.

 

Kəraməti birtəhər inandıra bildim ki, aclığı dayandırmalıdır. O, söz verdi ki, gedib çörək yeyəcək.

 

Və mən əminəm ki, Kəramət tam sağalacaq, palatasının nömrəsinə uyğun olaraq ortaya şedevr bir əsər də qoyacaq. Məsələn, “7-ci palata””,-deyə R.Səfərov bildirib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]