Bank BTB-dən təhlükəsizlik qaydaları

Bank BTB-dən təhlükəsizlik qaydaları

Bank BTB-dən təhlükəsizlik qaydaları 

 

Rəqəmsal transformasiyaya xüsusi diqqət ayıran Bank BTB hər zaman müştəri məlumatlarının təhlükəsizlik səviyyəsinin yüksək olması üçün çalışır. Bildiyiniz kimi, son zamanlar müxtəlif vasitələrdən istifadə edərək dələduzlar müştəriləri aldadaraq onların fərdi məlumatlarını ələ keçirirlər. Bununla bağlı

 

Bank BTB təhlükəsizlik tədbirlərini müştərilərinin diqqətinə çatdırır:

 

• Kartın PIN kodu (4 rəqəmli şifrə) məxfi saxlanmalı;
• Kart məlumatları (kart nömrəsi, CVC kod, və digər) kənar şəxslərlə, bank əməkdaşı kimi özünü təqdim edən şəxslərlə bölüşülməməli;
• İnternet/Mobil bankçılıqdan istifadə edilməli;
• 3D Secure xidməti aktiv edilməli;
• Kart itirildikdə və ya oğurlandıqda kartı dərhal bloklaşdırmaq lazımdır;
• Kart kənar şəxslərə verilməməli;
• PİN-kod kartın üzərinə yazılmamalı;
• SMS xəbərdarlıq xidmətinə qoşulmaq tövsiyyə olunur.

 

Beləliklə, müştərilərin saxtakarlıqdan şübhələndiyi hallarda bankla əlaqə saxlamaları vacibdir.
Bankın məhsul, xidmət və ya kampaniyaları ilə bağlı məlumat almaq üçün onlayn müraciət kanallarımız olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət etmək mümkündür. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı həftəiçi 5 gün müştərilərin xidmətindədir
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]