Xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

Xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

Xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 

 

Son zamanlar xaricdə təhsil almaq adı altında vətəndaşların müxtəlif məbləğlərdə pulunun dələduzluq yolu ilə ələ keçirilməsi halları artıb.

 

 

Baş Prokurorluqdan verilən məlumata görə, müvafiq orqanlar tərəfindən bu kimi neqativ halların aradan qaldırılması, habelə təqsirkar şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində kəsərli tədbirlər həyata keçirilir:

 

 

“Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

 

Eyni zamanda bildiririk ki, xarici ali təhsil ixtisaslarının tanınmasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməyiniz zəruridir”.

 

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək, bu kimi dələduzluq halları ilə qarşılaşdıqda dərhal 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]